Aktyor Hikmət Rəhimov ona verilən mükafatı ala bilmədiyinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyini günahlandırıb. Aktyor Hikmət Rəhimov ona verilən mükafatı ala bilmədiyinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyini günahlandırıb.

Aktyor ona verilən mükafatı ala bilmədiyinə görə nazirliyi günahlandırdı

Aktyor Hikmət Rəhimov ona verilən mükafatı ala bilmədiyinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyini günahlandırıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, aktyor bu barədə "Facebook" profilində yazıb.

O, "5-ci Antakya uluslararası film festivalı"nda uzunmetrajlı film yarışmasında "Ən yaxşı kişi aktyor" mükafatına layiq görüldüyünü bildirib: "Mükafat mənə yaxın olan bir dostumun sayəsində Turkiyədən göndərildi. Məncə, bunu kinomuzun başında duranlar həll etməli idilər, etmədilər. Görünür pulları yox idi... Sizlərə nəsə deməyin də bir mənası yoxdur".

Aktyor "Report"a açıqlamasında bildirib ki, "kinomuzun başında duranlar" dedikdə Mədəniyyət və Turizm Nazirliyini nəzərdə tutub: "Bu məsələyə Mədəniyyət və Turizm Nazirliyi baxmalı idi. Onların bizə belə bir mükafatın verildiyindən xəbəri var idi".

"Report"un əməkdaşı məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxməmmədova zəng vursa da, ondan münasibət öyrənmək mümkün olmayıb.