“Bu məsələyə Mədəniyyət və Turizm Nazirliyi cavab verməlidir...”

Türk rejissoru Rəmzi Mərd Ləvənd müsahibəsində Azərbaycan filmləri ilə bağlı təəccüblü açıqlama verib. O, türk tamaşaçılarının Azərbaycan kinosu haqqında məlumatsız olduğunu dilə gətirib.

Kinoşünas və kinorejissor Ayaz Salayev isə AzNews.az-a açıqlamasında deyib ki, bu məsələyə Mədəniyyət və Turizm Nazirliyi cavab verməlidir:

"Çünki filmlərin nümayişi ilə nazirlik məşğul olur. Biz kino işçiləri bu barədə məlumatsızıq. Yəqin ki, türk kino sənətinin davamçıları Azərbaycan filmlərindən xəbərsizdir. Ümumiyyətlə, belə götürəndə mənim öz filmim 1995-ci ildə Türkiyədə keçirilən festivalda nümayiş olunub".

Bahar Rüstəmli
AzNews.az