08:36
(077) 610-22-33

Milli Kitab Müsabiqəsinin “UZUN SİYAHISI”

  • >
486 1 Mart 2013 14:25 | Mədəniyyət

Bu gün Milli Kitab Mükafatının "uzun siyahısı" (long list) açıqlanıb. AzNews.az "uzun siyahı"ya düşən əsərlərin siyahısını təqdim edir

1. Alik Məmmədov. Hekayələr

2. Aqşin Cəfərov (İlğım). "Cızmaq"

3. Aslan Quliyev. "Köpək balıqları"

4. Azad Qaradərəli. "Kuman-Manıs çökəkliyi"

5. Əliabbas Bağırov. "İkinci oğul"

6. Əziz Rzazadə. "Şəbəkə"

7. Eyvaz Zeynalov. "Qisas"

8. Qan Turalı. "Mustafa"

9. Pərvin Nurəliyeva. "Balerina"

10. Sahilə İbrahimova. "Yuxarı və aşağı ətraflar"

11. Sayman Aruz. "Yüz il inqilab"

12. Şəhriyar Del Gerani. "İntiohar hörükləri"

13. Vahid Qazi. "Çamnayra. Kuba gündəliyi"

14. Zakir Sadatlı. "Əfqanistan uçurumu"

15. Zahid Sarıtorpaq. "Əlifba bayramında qətl"

16. Malik Dursunov. "Qara dayi",

17. Natella Osmanlı. "Fudziyama s klyuskami".

18. Rauf Canibekov. "Tantsı vo sne",

19. Famil Məmmədov. "Familinaya traqediya"

20. Gülnarə Qarayeva. "Dve jizni"

Martın 15-də 10 əsərdən ibarət "short list" (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq.

Xatırladaq ki, 28 avqust 2012-ci il tarixindən start götürən müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır.

Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın – 7, ən yaşlı yazarınsa 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir.

Əsərlər Azərbaycanın bütün bölgələrindən daxil olub. Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər.

Bahar Rüstəmli
AzNews.az
Bağla X