“Vüqarla təsəlli tapırdım". “Vüqarla təsəlli tapırdım".

Aşıq Vüqarın anası: “Məni ağlar qoydu...”

“Vüqarla təsəlli tapırdım".

AzNews.az xəbər verir ki, bunu mərhum sənətkar Aşıq Vüqarın anası televiziyalardan birinə müsahibəsində oğlu ilə bağlı xatirələrini bölüşərkən deyib.

“Həyat yoldaşım aşıq idi, el-obada çox sevilirdi. Əcəl onu vaxtsız əlimdən aldı. Mən də onun sazını balama verdim. Papağını başına qoyub, paltarını geyindirib, xeyir-duasını verib toya göndərdim. Toydan beh almışdı, dedim oğlum, bu behi qaytarma, get toyu yola ver... beləcə, mən onunla təsəlli tapırdım. İndi Allah onu da əlimdən aldı. Nə deyim, nə danışım? Allah məni ağlar qoydu”.

Qeyd edək ki, Aşıq Vüqar yanvarın 10-da 48 yaşında dünyasını dəyişib. O, ölümündən bir neçə gün öncə infarkt keçirmişdi. İki gün reanimasiyada qalsa da həkimlər aşığın həyatını xilas edə bilməyiblər.

Bahar RÜSTƏMLİ
AzNews.az