Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Əməkdar artist İsfar Sarabskinın konserti olub. Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Əməkdar artist İsfar Sarabskinın konserti olub.

Fransada pianoçu İsfar Sarabskinın konserti baş tutdu

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Əməkdar artist İsfar Sarabskinın konserti olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, konsert Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

Azərbaycanlı pianoçunun ifa etdiyi “G-Man”, “Planets”,"Edge” və digər bəstələri konsert iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Onu basda Morizio Kongiu, zərb alətlərində Patrik Qoraguer müşayiət ediblər.

İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya və Gürcüstanda keçirilən festivallarda iştirak edib. 2009-cu ildə Montrö Caz Festivalının qalibi olub. 28 yaşlı musiqiçi “Novruz”, “G-Man”, "Generation”, "Edge”, ”Deja Vu”, “Last Chance”, “Agent”, “Now I’m Here”, “Buta”, “In Memory of V. Mustafazade” və digər əsərlərin müəllifidir.