İrəvan Dövlət Azərbaycan Dram Teatrında daha bir qalmaqal yaşanıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrında daha bir qalmaqal yaşanıb.

İrəvan teatrında rüsvayçılıq: Rejissor aktyoru hamının gözü qarşısında...

İrəvan Dövlət Azərbaycan Dram Teatrında daha bir qalmaqal yaşanıb.

Teatrın rejissoru Sərvər Əliyevin aktyor Əmrulla Nurullayevi məşq prosesində hamının gözü qarşısında təhqir etdiyi bildirilir. Aktyorun ondan üzr istəmək tələbinə əsəbləşən rejissor isə bir az da dərinə gedərək, ona bu dəfə “eşşək” deyib.

Teatrın aktyoru Əmrulla Nurullayev AzNews.az-a açıqlamasında olanları təsdiqləyib:

“Mən Sərvər Əliyevi burada tanımışam. Teatra təyin olunduğu 3 aydır. Bu müddətdə o, aktyorlarla davranışını bilməyib, həmişə yüksəkdən danışıb, bizi əzməyə çalışıb. Soruşanda da deyir ki, “ürəyim xəstədir, şəkərim var”. “Xəstə” adı altında yaradıcı insanı təhqir etmək hansı rejissora yaraşar? Mənim də özümə görə səsim və əsəbim var. O, tək məni deyil, bütün aktyorları təhqir edir. Aktyorlar mənə deyirlər ki, Sərvər Əliyev həmişə sənin ünvanına təhqiredici ifadələr işlədir. O gün də yeni bir tamaşanın məşqi gedir. Tamaşada bir epizod var, mən kupedə yatmalıyam. Mənə deyir ki, “get uzan, eşşək kimi ağna”. Bu rejissora yaraşan ifadədir”?

Aktyor deyir ki, rejissor ondan üzr istəməsə, məsələni hüquq müstəvisində həll edəcək: “Tələbim Sərvər Əliyevin məndən kollektiv qarşısında üzr istəməsidir. Əks təqdirdə, mən onu məhkəməyə verəcəm. Vəzifəsindən istifadə edib tabeliyində olan yaradıcı insanları təhqir etmək səlahiyyətini ona kim verib? Əgər o, üzr istəməsə yaradıcı kollektiv onunla işləməkdən imtina edəcək”.

Bahar RÜSTƏMLİ
AzNews.az