09:00
(077) 610-22-33

Qalmaqallı müsabiqənin “nəticələr“i

  • >
351 5 Mart 2013 22:20 | Mədəniyyət

Qalmaqallı, başıbəlalı, münsüflərin istefasına səbəb olan Ədəbiyyat müsabiqəsinin qalibləri nəhayət ki, məlum olub




Ən yaxşı nəsr əsərinə görə, Etimad Başkeçid və Alpay Azər, ən yaxşı poetik əsərə görə-Mahir Qarayev və Vaqif Bəhmənli, ən yaxşı tərcümə əsərinə görə Vilayət Hacıyev, ən yaxşı tənqid və esseistik əsərə görə Vilayət Quliyev və Əsəd Cahangir müsabiqəyə qatılan iştirakçılardan öndədir.

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu isə AzNews.az-a açıqlamasında yuxarıdakı siyahıdan xəbərsiz olduğunu dedi: "Nə baş verdiyini bilmirəm. Ədəbiyyat Müsabiqəsinin qalibləri sabah saat 12-də açıqlanacaq".

Ədəbiyyat Müsabiqəsinin mükafat komissiyasının sədri Mövlud Süleymanlıəisə nəticələrin martın 19-da açıqlanacağını bildirdi: "Mən bilmirəm, bunu kim özündən çıxarıb? Bizim müsabiqənin nəticələri axırıncı çərşənbə günü açıqlanacaq. Bu yalan məlumatdır. Adam da belə yalan məlumat yayar? Bunu kim çıxarıb axı?"

Bahar Rüstəmli
AzNews.az
Bağla X