“ANS-in filmə görə verdiyi qonorar isə məni qane edib” “ANS-in filmə görə verdiyi qonorar isə məni qane edib”

Mingəçevirdən ANS-ə dəstək gəldi

“ANS-in filmə görə verdiyi qonorar isə məni qane edib”





ANS-in "Xoca" filminin ətrafında gedən müzakirələr davam edir. Son günlər filmlə bağlı daha bir iddia səsləndirilib. Deyilənə görə, Mingəçevir Dövlət Dram Teatrının aktyorları bu filmdə oynadığı rolun müqabilində 5 manat qonorar alıblar.

Teatrının aktrisası, əməkdar artist Ella Yaqubova isə AzNews.az-a açıqlamasında fərqli fikirlər səsləndirib. O, "Xoca"dan aldığı qonorarı mərhum Çingiz Mustafayev Fonduna keçirdiyini bildirib:

"Mən kütləvi səhnədə oynamamışam. Həmin filmdə mən ana obrazını - Sultan xanımı oynamışam. ANS-in filmə görə verdiyi qonorar isə məni qane edib. Onlar mənə bu filmdə oynadığım rola görə iki dəfə mükafat veriblər. Mən Səlvər Əliyev vasitəsilə Kamran müəllimə məktub göndərmişəm. Ondan xahiş etmişəm ki, həmin mükafatın birini mərhum telejurnalist Çingiz Mustafayev Fonduna keçirsin. İkinci mükafat isə ən yaxşı obraza görə, bu filmdə yer alan 5 aktyora verilib. Onların arasında mən də vardım. İkinci mükafatı isə Xocalıdan olan imkansız ailələrə yardım məqsədi ilə vermişəm.
Bu barədə söhbət belə ola bilməz. Hətta mən cavanlara başa saldım ki, bu şəhid filmidir. Ondan pul nəinki istəmək, hətta ummaq belə ayıbdır. Belə obrazları biz oynamalıyıq da. Biz də oynamayanda kim oynayacaq. Bu xalqımızın dərdi və faciəsidir. Mən o pulu götürsəm də belə xərcləyə bilmərəm".


Bahar Rüstəmli
AzNews.az