Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən "TÜRKSOY Mətbuat Mükafatı"na layiq görülən Türk Dünyası jurnalistləri Mədəniyyət və Turizm nazirliyinin müavini Hüseyn Yaymanı ziyarət edib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən "TÜRKSOY Mətbuat Mükafatı"na layiq görülən Türk Dünyası jurnalistləri Mədəniyyət və Turizm nazirliyinin müavini Hüseyn Yaymanı ziyarət edib.

Türk dünyası jurnalistləri Hüseyn Yaymanı ziyarət etdi

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən "TÜRKSOY Mətbuat Mükafatı"na layiq görülən Türk Dünyası jurnalistləri Mədəniyyət və Turizm nazirliyinin müavini Hüseyn Yaymanı ziyarət edib.

AzNews.az xəbər verir ki, TÜRKSOY Baş katibinin köməkçisi professor Fırat Purtaş və onunla birgə olan heyəti qəbul edən Yayman onu ziyarət etdiklərinə görə jurnalistlərə təşəkkürünü bildirib.

İsti atmosferdə keçən görüşdə Türk xalqları arasındakı mədəni əlaqələrin inkişafı baxımından TÜRKSOY-un gördüyü işlərin həyati önəm daşıdığını vurğulayan Yayman, bu fəaliyyətin təbliğatında Türk Dünyası mətbuat təmsilçilərinə böyük vəzifə düşdüyü qeyd edib. Yayman Türk respublikları və xalqları arasında sosial, mədəni, iqtisadi əlaqələrin inkişafı, inteqrasiyanın getməsi üçün "dildə, düşüncədə, işdə birlik" şüarıyla həmişə birlikdə işləməyin vacib olduğunu vurğulayıb.

Yayman Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti və üzərinə götürdüyü vəzifələr haqqında da media mənsublarına məlumat verib.

Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya Frederasiyasına bağlı olan Başqırdıstan, Moldovaya bağlı olan Qaqauz Yeri, KKTC, Rusiya Federasiyasına bağlı olan Tatarıstan, Bolqarıstan, Makedoniya və Kosovadan qatılan media mənsubları öz ölkələri və işlədikləri qurumlar haqqında öz dillərində Hüseyn Yaymana bilgi veriblər.

Ziyarət ailə fotolarının çəkilməsi ilə başa çatıb.

image description image description image description