Nizami Kino Mərkəzində İran Kino Günlərinin açılış mərasimi keçirilib. Nizami Kino Mərkəzində İran Kino Günlərinin açılış mərasimi keçirilib.

Bakıda İran Kino Günlərinin açılışı oldu

Nizami Kino Mərkəzində İran Kino Günlərinin açılış mərasimi keçirilib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, film festivalı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən birgə təşkil olunub.


Açılışda iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdeyib ki, Azərbaycan və İran arasında dostluq, əməkdaşlıq münasibətləri ildən-ilə inkişaf edir. İki ölkə arasında xüsusilə mədəniyyət sahəsində əlaqələrin inkişafı nəzərəçarpandır. Ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirildiyini xatırladan nazir bildirib ki, Azərbaycan kino sahəsində əldə etdiyi uğuruna görə İran kino mütəxəssislərinə də borcludur: " Birgə çəkdiyimiz bir çox filmlər mükafata layiq görülüb. Arzulayırıq ki, kino sahəsində əməkdaşlığımız davam etsin".

İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı bu cür tədbirlərin keçirilməsinin Azərbaycan və İran arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu dilə gətirib.

Azərbaycanda İran Kino Günlərinin keçirilməsində məmnunluğunu dilə gətirən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Açılış mərasimində rejissor İbrahim Hatimikiyanın “Cangüdən” bədii filmi tamaşaçılara təqdim olunub.


Qeyd edək ki, Kino Günləri çərçivəsində fevralın 24-də Kamal Təbrizinin “Xəyalın şirin tamı”, 25-də Əbdülhəsən Davudinin “Divanə top”, 27-də isə Kiyaməs Purəhmədin “Ayaqqabım hanı?” bədii filmləri nümayiş olunacaq.