11:41
(077) 610-22-33

“Bütün aktyorlar çox şey gözləyir“

  • >
710 9 Mart 2013 11:02 | Mədəniyyət




"Əsas məsələlərdən biri odur ki, prezidentin sərəncamı ilə Milli Teatr günü artıq rəsmiləşdi". Bunu AzNews.az-a Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədov bildirdi.

Onun sözlərinə görə, bayram dövlət səviyyəsində rəsmiləşdiyindən bütün aktyorların gözü yoldadır: "Bütün aktyorlar bu bayramdan çox şey gözləyir. Deyilənə görə, fəxri adlar veriləcək, dövlət sifarişli yeni əsərlərin sayı çoxalacaq. Bir sözlə, teatr günü dövlətdən hərtərəfli təminat gözləyirəm. Bir də uzun zamandır aktyorları narahat edən bir məsələ var-məvacib. Aktyorun məvacibi nə qədər çox olsa bir o qədər yaxşıdır".

S.Məmmədov onu da bildirdi ki, Milli Teatr günü ilə bağlı Akademik Milli Dram Teatrında yubiley tədbiri olacaq.

Bahar Rüstəmli
AzNews.az
Bağla X