Azərbaycan Yazıçılar Birliyi Mikayıl Müşfiqin təhqir olunmasına münasibət bildirib. Azərbaycan Yazıçılar Birliyi Mikayıl Müşfiqin təhqir olunmasına münasibət bildirib.

AYB-dən Müşfiqin təhqir olunmasına sərt reaksiya: “Ağlı bura kimi işləyir”

Azərbaycan Yazıçılar Birliyi Mikayıl Müşfiqin təhqir olunmasına münasibət bildirib.

Birliyin sədr müavini, xalq şairi Fikrət Qoca AzNews.az-a açıqlamasında bildirib ki, qurum Elşad Barat adlı yazar tanımır:

“Guya fikrini deyib. Düz demir, qətiyyən! Deyirsiz nə addım atacaqsınız? Addımı hara ataq? Bu adamı heç tanımırıq axı. Bilmirik kimdir, nəçidir. Tanıdığım biri olsa deyərəm ki, niyə belə boş-boş danışırsan? Bəlkə elə onun bildiyi ən ağıllı söz budur, ağlı bura kimi işləyir? Ona hansı öyüdü verə bilərəm ki?

Fikrət Qoca qeyd edib ki, AYB inzibati orqan deyil: "Cəmiyyət o vəziyyətdədir ki, bunun bir idarə aparatı yoxdur. Sözə görə onu həbs etmək də olmaz. Öz ağlına görə düşünüb, danışır. İndiki dövrdə yaxşıca imkan yaranıb, hər yoldan ötən fikrini deyib, başlayır iddia etməyə... Mikayıl Müşfiqin bir canı vardı, onu da verdi. Neyləsin bu yazıq şair? Elşad onu da qanmırsa, ona neyləmək olar?"

Qeyd edək ki, gənc yazar Elşad Barat Mikayıl Müşfiqi təhqir edərək, "mənasız və qıjı düşüncəli adam" adlandırıb.

Bahar RÜSTƏMLİ
AzNews.az