Novruz bayramı ilə əlaqədər Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi və burada fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Novruz bayramı ilə əlaqədər Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi və burada fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Misirdə Novruz tədbirləri - Foto

Novruz bayramı ilə əlaqədər Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi və burada fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

AzNews.az xəbər verir ki, mart ayının 13-ü birliyin gənc fəal üzvləri Qahirə şəhərində, təhsil nazirliyinin nəzdində xarici tələbələr klubunda Azərbaycan mədəniyyət gecəsi təşkil ediblər. Burada Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və milli mətbəximizlə bağlı sərgi təşkil ediblər. Tədbir çərçivəsində birliyin sədri, tədqiqatçı alim Seymur Nəsirov klubun idarə heyəti və Misir Təhsil Nazirliyinin xarici tələbələr klublarının sədri Məhəmməd Abbasla da görüşərək, Azərbaycanla Misir arasında tarixi əlaqələrdən, mədəniyyətimizdən və turizm patensialından söhbət açıb. Klubun rəhbəri təşkil olunan tədbirdən çox məmnun olduğunu və bu tədbirlərin gələcəkdə yenidən təşkil olunmasını xahiş edib. Klub rəhbərliyi, bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə birliyin fəal tələbələrinə diplomlar və kubok təqdim etmişdir.

Mart ayının 14-ü Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə səfirliyin birinci katibi Heydərov Polad və birliyin sədri Nəsirov Seymur çıxış edərək tədbir iştirakçılarının bayramını təbrik edib və onları vətənimizlə bağlı həqiqətləri təbliğat etməkdə birgə fəaliyyət göstərmələrini tövsiyə ediblər.

Mart ayının 15-i isə “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin mərkəzində birliyin fəal xanımları Novruz bayramı ilə əlaqədər tədbir keçiriblər. Keçirilən tədbirlərdə əsas məqsəd Misirdə yaşayan azərbaycanlılar arasında vətənpərvərlik ruhunu möhkəmləndirmək, Vətənimizin təbliğatını dahada inkişaf etdirmək üçün fikir mübadiləsi aparmaq və onlar arasında dostluq əlaqələri möhkəmləndirməkdir.

image description image description image description