Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il keçiriləcək "Bakı Marafonu-2018" mayın 13-də saat 10-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il keçiriləcək "Bakı Marafonu-2018" mayın 13-də saat 10-da start götürəcək.

"Bakı Marafonu-2018"-in keçiriləcəyi vaxt açıqlandı - Video

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il keçiriləcək "Bakı Marafonu-2018" mayın 13-də saat 10-da start götürəcək.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, qeydiyyat artıq başlayıb və mayın 5-dək davam edəcək. Yarışda qalib olanlara pul və digər qiymətli hədiyyələr veriləcək. Qeydiyyatdan yığılan vəsait isə fondun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə sərf olunacaq.

Builki Bakı marafonu mayın 13-də keçiriləcək. Marafonda iştirak etmək istəyənlər 20 manat ödəniş etməklə qeydiyyatdan keçə bilərlər. Bu barədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək Bakı Marafonunun Təşkilat Komitəsinin iclasında məlumat verilib. Təşkilat Komitəsinin üzvü Ayaz Əhmədov indiyədək yarışda qeydə alınan ən yüksək nəticələri və yarış üçün verilən vaxtı da açıqlayıb.

"Küləyə qalib gəl" şüari ilə keçiriləcək yarışla bağlı qeydiyyat martın 7-də başlayıb və mayın 5-dək davam edəcək. Yarışın start xətti Bayraq meydanında, finiş xətti isə Bakı Olimpiya stadionunda olacaq. Artıq indiyədək marafonda iştirak etmək üçün 4000 nəfər qeydiyyatdan keçib. Yarışda çoxlu sayda əcnəbi vətəndaşların da iştirak edəcəyi gözlənilir.

21 km məsafəni əhatə edəcək marafondan yığılan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək. Yarışda qaliblər kişi və qadın olmaqla, 2 kateqoriyada müəyyənləşdiriləcək və ilk 3 yerin qalibləri müvafiq olaraq 3000, 2000, 1000 manat vəsaitlə mükafatlandırılacaqlar. 4-10-cu yerin sahiblərinə isə qiymətli hədiyyələr veriləcək.