Türk dünyasının Novruz tonqalı bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2018-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilən Kastamonuda qalandı. Bununla da il boyu davam edəcək tanıtım tədbirlərinə start verildi. Türk dünyasının Novruz tonqalı bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2018-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilən Kastamonuda qalandı. Bununla da il boyu davam edəcək tanıtım tədbirlərinə start verildi.

Türk Dünyasının Novruz tonqalı Kastamonuda qalandı - Reportaj

Türk dünyasının Novruz tonqalı bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2018-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilən Kastamonuda qalandı. Bununla da il boyu davam edəcək tanıtım tədbirlərinə start verildi.

Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Naziri Numan Kurtulmuşun da iştirak etdiyi mərasim maraqlı anlarla yadda qaldı.

  • "Novruz bayramını Şeyx Şaban-i Vəlinin mənəvi kölgəsi altında qeyd edirik"

    Şəhərin ən tarixi yerlərindən biri olan Cümhuriyyət Meydanında həyata keçirilən Novruz Bayramı şənliyində danışan Mədəniyyət və Turizm naziri, professor Numan Kurtulmuş sözə belə başladı:

"Bu il irfan ənənəmizin əhəmiyyətli mərkəzlərindən biri olan Kastamonuda Şeyx Şaban-i Vəlinin mənəvi kölgəsi altında Novruz bayramını qeyd edirik. Kastamonu hər iki gözəlliyə birdən ev sahibliyi edir, buna görə kastamonuluları təbrik edirəm”.

Nazir daha sonra Novruz bayramı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Novruz min illərdir çox geniş bir coğrafiyada qeyd olunur. Bu bahar bayramı olaraq yenidən həyatın, torpağın canlanması deməkdir. “Novruz Orta Asiyadan Balkanlara qədər, Mesopotomiyadan Qafqazlara qədər ərazidə, çox geniş bir bölgədə canlı bir şəkildə qeyd olunmağa davam edir” deyə, nazir əlavə etdi.

Kastamonuda həyata keçirilən Novruz Bayramına 18 fərqli ölkədən nümayəndələrin iştirak etdiyini söyləyən nazir “Novruzun bizə xatırlatdığı üç təməl ünsür var. Birincisi, Novruz yenidən doğuşu, yenidən dirilişi hamımıza göstərən əhəmiyyətli bir bayramdır. Bu, börtü böcəkdən ağaclara qədər, qış ayları ərzində yox olduqlarını, öldüklərini, çəkildiklərini zənn etdiyimiz bir çox varlıqların yenidən dirilişidir, yenidən ortaya çıxışıdır. Bu, eyni zamanda bizə o biri tərəfdə yenidən diriliş olduğunu hər il vurğulayaraq xatırladan əhəmiyyətli bir bayramdır. Nə qədər də geriyə çəkilmiş, yatmış, yox olmuş və ya üstü örtülmüş olsa da bahar gəldiyində hər tumurcuq yenidən açar, hər torpaq yenidən canlanar, yaşıllaşar, hər ağac yenidən bar verməyə başlayar. Bahar, Novruz bizim üçün bir dirilmə, bir oyanış yenidən özümüzə gəlişdir” dedi.

  • "Novruz bizə insanların da fərqlilikləri, müxtəliflikləriylə əslində birgə, bərabər və insan oğlu olduğunu ortaya qoyur"

Novruzun bir olmağı və birlikdə olmağı öyrətdiyinə diqqət çəkən nazir Kurtulmuş, "İkincisi, Novruz bizə yenidən fərqliliyi, rəngliliyi, müxtəlifliyi, amma bütün bu fərqli rənglərlə, bütün bu fərqli naxışlarla bir olmağı, birlikdə olmağı öyrədir. Bahar gəldiyi zaman qışda hamısını eyni rəngdə gördüyümüz təbiətdə, ağacların tumurcuqlarının, çiçəklərinin rəngarəng olduğunu, amma heç bir rəngin bir digəri ilə ziddiyyət və qarşıdurma içərisində olmadığını görürük. Bu mənada Novruz bizim, insanların da fərqlilikləriylə, müxtəliflikləriylə əslində birgə, bərabər və insan oğlu olduğunu ortaya qoyur” - deyə, əlavə etdi.

  • "Kainat və insanlar, yaradılan hər şey hərəkətdədir"

Kainatın və insanların, yaradılan hər şeyin bir bağlantı içərisində olduğunu söyləyən nazir davam etdi:

"Novruzun bizə öyrətdiyi üçüncü şey isə həyatın bir bağlılıq və inkişaf üzərində olması reallığıdır. Kainat və insanlar, yaradılan hər şey bir bağlılıq içərisindədir. Eyni hal üzrə duran heç bir varlıq yoxdur. Yaradılanların şəkilləri dəyişdiyi kimi, Allahın ruh verərək, ağıl verərək, vicdan verərək əşrəfi məxluqat olaraq ortaya qoyduğu kainata gətirdiyi insan da davamlı dəyişmə halındadır".

Novruzun dirilişin, canlanışın, yeniden ortaya çıxmanın bizə gösterilən dərs olaraq öyədildiyi baharın başlanğıcı olduğunu vurğulayan nazir bunları söylədi:

"Novruz müxtəlifliyi və rəngləriylə, amma bir ahəng içərisində var olmanı bizə öyrədən bir bahar bayramıdır. Eyni şəkildə, Novruz dünyaya gələn hər şeyin, yəni canlı olan hər şeyin dəyişdiyini, inkişaf etdiyini öyrədən, bir hərəkət göstərən önəmli bir dərsdir. Novruzdan bu dərsləri alaraq ahəngimizi, birliyimizi, dirliyimizi daha da artıracağıq. Bu dərslərdən sonra kainatla, təbiətlə olan əlaqələrimizi daha da qüvvətli bir şəkildə quracağıq. Yaradılmış nə varsa, hər şeyi bir mirasımız olaraq qəbul edəcəyik. Daha gözəl bir şəkildə inşallah dostluğu, qardaşlığı paylaşmağı da Novruzla birlikdə öyrənəcəyik"

  • "Dünyanın hər yerinə sülh və rifah diləyirəm"

Numan Kurtulmuş 7,5 milyard insanın yaşadığı dünya ölkələri daxil olmaqla Türk Dünyasının bütün ölkələrinə də sülh, əmin-amanlıq arzuladı.

Mərasimdə çıxış edən Kastamonu Bələdiyyə Başçısı Tahsin Babaş isə Türk Millətinin düşmən təzyiqindən qurtuluşunu, yenidən doğuşunu və dirilişini işarələyən və əsrlərdir Türkün bayramı olaraq qeyd olunan Novruz atəşinin Türk Dünyasının Mədəniyyət Paytaxtı Kastamonuda yandırılmasına görə böyük qürur duyduğunu ifadə etdi. Bildirdi ki, Novruz insanın irfan və elm diyarına yenidən doğuşunu, cəhalətdən qurtuluşunu ifadə edir.

Onun sözlərinə görə, Novruzun kökləri 5 min il əvvələ gedib çıxır:

"Novruz Bayramı bütün Türk Dünyasını birləşdirən, ortaq duyğu və düşüncəni bir araya gətirən, sevinc və kədərimizi paylaşmamızı təmin edən milli bayramımızdır. Birliyimizi, qardaşlığımızı, müstəqilliyimizi qorumaq, tarixi Köklərimizə sahib çıxmaq, sağlam, bolluq və bərəkət içində yaşayan böyük bir millət olaraq varlığımızı əbədiyyətə qədər davam etdirmək adına bütün ortaq dəyərlərimizə sıx sarılmalıyıq”.

Kastamonulular olaraq, 2018-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməklə son dərəcə şərəfli bir vəzifəni üzərilərinə aldıqlarının fərqində olduqlarını söyləyən Tahsin Babaş "Başda Novruz Bayramı olmaqla il ərzində edəcəyimiz hər cür fəaliyyətlə bu müqəddəs vəzifəni ən yaxşı şəkildə yerinə yetirmək üçün böyük səy sərf edəcəyik. Bu müddət ərzində hədəfimiz Kastamonumuzu dünyaya tanıtmaqdır. Böyük bir əzmkarlıqla çıxdığımız yolda hədəfə çatacağımızdan ən kiçik şübhəmiz belə yoxdur”-deyə, əlavə etdi.

T.Babaş sözlərinə belə davam etdi: "900 ildən çox Türk yurdu olan Kastamonumuzun dövləti üçün, vətəni üçün minlərlə övladını cəbhəyə göndərdiyini, qadınıyla, yaşlısıyla kağnılarda güllə daşıdığını; Atabəy Qazi, İsmayıl Bəy, Şeyx Şaban-i Vəli, Benli Sultan, Taşköprülüzadə, Yavuzun müəllimi halimi Çələbi, Əhməd Siyahi, Miralay Halit bəy, İhsan Ozanoğlu, Mehmet Feyzi Əfəndi kimi dəyərlər yetişdirdiyini, tarixinə və mədəniyyətinə hər zaman sahib çıxdığını bütün Türk dünyasına izah etmə fürsəti tapacağıq. Eyni zamanda, təbii gözəlliklərimizi tanıdacağıq, xalqımızın qonaqsevərliyini bir daha isbat edəcəyik"

Kastamonu valisi Yaşar Karadəniz də mərasimə qatılan bütün qonaqları salamladı və Kastamonunun 2018-ci il üzrə Türk dünyasının Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı tədbirlərin təşkilində, şəhərin bütün dünyada tanıdılmasında əllərindən gələni edəcəklərini vurğuladı.

  • Dəmir vuruldu, yumurta döyüşdürüldü.

Çıxışlardan sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov səməni təqdimatı edərək Novruz duası oxudu. Daha sonra Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş yanında olduğu heyətlə birlikdə Novruz atəşini yandırdı və üzərindən atlandı. Sonra Novruz adətlərindən olan dəmir vuruldu və yumurta döyüşdürüldü.

Ardınca Alaslama (Ənənəvi Dua Mərasimi) edildi, sonra Azərbaycanın xalq artisti Azərin Novruz mövzulu türkü səsləndirdi. Türkü Meydanda yaşanan izdihamı daha da canlandırdı. Daha sonra bir-birinin ardınca Türk dünyası ölkələrinin xalq oyunları nümayiş etdirildi. Xalq Oyunları əsnasında Kosovodan bayrama qatılan xalq oyunları qrupunun səhnəyə üzərində türkcə yazılan və zeytun budağı şəkilləri olan “Səninləyik Türkiyə” şüarlı pankartı isə xüsusi coşquyla qarşılandı. Ölkələrin bədii nümayişlərindən sonra nazir N.Kurtulmuş Cümhuriyyət Meydanı ətrafında açılan hədiyyəlik əşya, milli yeməklər və əl sənətləri ustalarının açdığı stendləri gəzdi. Daha sonra nazir yanındakı heyətlə birlikdə Meydandan Qışla Parkana qədər kortej gedişi reallaşdırdı.

Beləcə, bütün Türk Dünyasının Novruz Bayramı Türkiyənin Kastamonu şəhərində böyük sevinc, coşqu və hərarətlə qarşılanmış oldu. Novruz qutlamaları və Kastamonu - Türk Dunyasının Mədəniyyət Paytaxtının açılış mərasimi həmin axşam Atatürk İdman Salonunda böyük konsert proqramı ilə davam etdirildi.

Elgün Mənsimov
Kastamonu
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description