Gənc azərbaycanlı kinematoqrafçılar Bakıda öz çəkdikləri "Qaranlıq" filmini təqdim edirlər. Gənc azərbaycanlı kinematoqrafçılar Bakıda öz çəkdikləri "Qaranlıq" filmini təqdim edirlər.

“Qaranlıq” dram-dedektivinin yaradıcıları: “Biz tamaşaçıların qərarını gözləyirik”

Gənc azərbaycanlı kinematoqrafçılar Bakıda öz çəkdikləri "Qaranlıq" filmini təqdim edirlər.

Filmin rejissoru və ssenari müəllifi Kənan Zeyalov, operatoru isə İsmayıl Zeynalovdur. Qardaşlar dram-dedektiv janrında bir film çəkiblər. Film cinayətləri açmağa çaılşan yazıçı qızın həyatından bəhs edir.

Kənan Zeynalov bildrib ki, ssenari üzərində iş 2015-c i ildə başlayıb və keçən il buna film çəkməyi qərara alıb.

"Film çəkməyə qərar verdik. Filmin əsas xarakterini canlandıracaq Lalə Hüseynzadə, o cümlədən digər aktyorlarla razılaşdıq. Laləni filmin operatoru olan qardaşım İsmayıl məsləhət gördü. O, mənə bildirdi ki, Lalə mənim axtardığım obrazdır və haqlı çıxdı. O, dəqiq olaraq mənim görmək istədiyim obrazı yarada bildi", deyə gənc rejissor bildirib.

K.Zeynalov qeyd edib ki, bu film onun ilk rejissorluq işidir və çəkdiyi ilik tammetrajl filmdir. Çəkilişlər avqust ayında başlamış və sentyabr ayında tamanlanmışdır.

Rejissorun sözlərinə görə, filmin premyerası 18 aprel tarixində keçiriləcək və ayın 19-dan sonra paytaxtın kinoteatrlarında nümayiş olunacaq. Filmin xronometrajı 75 dəqiqədir.

Filmin aktyorlarına gəlincə Zeynalov bildirib ki, əsas obrazla yanaşı filmdə Azərbaycanın Xalq artisti Ramiz Məlik, əməkdar artist Gülşad Baxşiyeva, Murad İsmayıl, Faiq Mirzəyev, Əzizağa Əzizov və Nərmin Hüseynova çəkiliblər.

Filmin çəkilişi zamanı ortaya çıxan çətinliklərdən bəhs edən rejissor deyib ki, film çəkilişlərinin ilk günündə hava çox isti olub. "Bundan başqa, bəzi epizodları kondisionerləri olmayan otaqda çəkdik. Belə şəraitdə işləmək çətin idi".

Filmin uğurlu alınmasının komponentlərindən birini əsas xarakter olan qadın və ya qız təşkil edir. Bu, Azərbaycan kinoları üçün nadir haldır. "Filmdə təqdim olunan bütün hekayə onunla bağlıdır, onun üzləşdiyi çətinliklərlə bağlıdır, bu, tamaşaçıya maraqlı olacaq", deyə Kənan Zeynalov bildirib.

Filmdə əsas obraz olan Nurayı canlandıran Lalə Hüseynzadə komandada necə çalışdığını və bunun nə qədər maraqlı olduğunu izah edib: "Qeyd edim ki, mən qeyri-peşəkar aktrisayam. Mən Bakı Musiqi Akademiyasını bitirmişəm. Buna baxmayaraq, çəkiliş mənim üçün çox maraqlı idi".

Onun sözlərinə görə, uşaqlığından bəri bir çox qızlar kimi, filmlərdə çəkilməyi arzulayıb.

"Filmdə bir cinayətin həllinə çalışıram. Burada sevgi, gərginlik və s. də var. Mən əminəm ki, tamaşaçı üçün maraqlı olacaq".

Fimdə iştirak etmək təklifindən danışan Lalə Hüseynzadə qeyd edib ki, bu, onun üçün gözlənilməz idi, amma çox gözəl idi. "Əlbəttə, valideymlərimdən icazə aldım və işə başladım", deyə Lalə bildirib.

Yeni filmlərə çəkiləcəyi ilə bağlı suala cavabında aktrisa bildirib ki, rejissor Kənan Zeynalovun başqa layihəsi olsa, o məmnuniyyətlə bu təklifi qəbul edəcək.

"Filmin heyəti bir-birlərinə qarşı isti münasibət və qarşılıqlı hörmət göstərirdilər və buna görə də işləmək rahat idi", deyə Lalə Hüseynzadə peşəkar aktyorlarla işləməyindən danışıb.

"Usta aktyorla işləmək çox həyacanlı və məsuliyyətli idi. Mənim fikrimcə, bütün aktyorlar öz rollarına tam uyğun gəlirdilər", deyə gənc aktrisa bildirib.

Filmin operatoru İsmayıl Zeynalov da öz təəssüratlarını bizimlə bölüşdü.

"Bu, mənim ilk bədii filmim idi. Əvvəl mən Azərbaycanda və Türkiyədə bir neçə qısa film çəkmişəm. Bu film mənim üçün böyük uğurdur. Aktyorlar öz rollarının öhdəsindən gəldilər. Xalq artisti Ramiz Məlikov böyük ustalıq göstərdi", deyə İsmayıl Zeynalov bildirib.

Onun sözlərinə görə, "Qaranlıq" filminin yaxşı qəbul olunacağına əmindir.

"Əlbəttə ki, çətinliklər də oldu, çünki imkanlarımız bir qədər məhdud idi. Bizə heç kim kömək etmədi, heç kim dəstək olmadı. Biz hər şeyi özümüz etdik. Kadr arxasında cəmi 4-5 nəfər var idi. Bizim üçün ən önəmli tamaşaçıların fikridir", deyə filmin operatoru bildirib.

İsmayıl Zeynalovun sözlərinə görə, komanda Azərbaycanda indiyədək çəkilən filmlərdən fərqli bir şey çəkə bildi. O, bildirib ki, belə filmlər çox az çəkilir. Azərbaycan film sənayesində böyük bir fasilə olub. Bunu isə "ikinci nəfəs" adlandırmaq olar.

Həmkarlarının qiymətləndirməsindən danışarkən o, işin mütəxəssislərə, xüsusən film çəkənlərə göstərildiyini qeyd etdi. İsmayıl Zeynalov "biz onlardan müsbət rəy aldıq və bu bizi çox xoşbəxt edir", deyə bildirib.

"Bizim qəhrəman yazıçı, ziyalı bir xanımdır. Biz filmdə onun həyatını göstərmək istəyirdik" deyə Zeynalov qeyd edib.

Fikrət obrazını canlandıran Azərbaycanın Xalq artisti Ramiz Məlik "Uşaqlar çox istedadlıdır. İnanıram ki, onların böyük gələcəyi var. Filmlə bağlı yalnız müsbət fikirlər səsləndirə bilərəm", deyib.

Xalq artisti gənc rejissorlara yeni layihələr və film sənayesində uğurlu bir gələcək arzulayıb.

"Əgər kinoda uğur qazanmaq istəyirsənsə, əldə etdiyiniz nəticələrlə kifayətlənməyəcəksiniz, daha da inkişaf etməli və irəli getməlisiniz. İsmayıl və Kənanın digər layihələrdə də uğur qazanacağına əminəm", deyə Xalq artisti bildirib.

novosti.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description