Rəhman Əlizadə ölüm ayağında

"Rəhman Əlizadənin vəziyyəti həddən artıq ağırdır. Həkimlər onun xəstəxanada qalmağını məsləhət bilmədi, evə gətirmişik". Bunu AzNews.az-a R.Əlizadənin həyat yoldaşı bildirdi.

Xatırladaq ki, Kukla Teatrının baş rejissoru Rəhman Əlizadənin səhhətində dünən gecə saatlarında ağır problem yaranıb. Qəfil halı pisləşən rejissor Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.

Bahar Rüstəmli
AzNews.az