- Köhnə - Mədəniyyət
- 16 May 2018 14:26
- 6 358
“Superman”in qəhrəmanı dünyasını dəyişdi
1970-1980-ci illərin məşhur filmi “Superman”in qəhrəmanı Marhot Kidder dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, kanadalı aktrisa 69 yaşında həyatını itirib.
Xəstə olan Marhot müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, aktrisanın psixoloji problemləri olmuş, hətta 1996-cı ildə yoxa çıxmışdı. Onun filmdə rol aldığı aktyor Christopher Reeve isə 1995-ci ildə atdan yıxılaraq iflic olmuş, 2004-cü ildə ölmüşdü.
AzNews.az