“Eşq din tanımır”


Baş nazirin müavini Elçin Əfəndiyevin eyniadlı romanı əsasında çəkilən "Mahmud və Məryəm" filminin Türkiyədə primyerası keçirilib. Filmin primyerasına qatılan Elçin türk jurnalistlərin suallarını cavablandırıb. "Mənim üçün xoş bir gündür. 31 il əvvəl yazdığım roman filmə çəkildi. Deməli romanda qələmə aldığım məsələlər müasirliyini qoruyur" deyə bildirib.

Azərbaycan və Türkiyənin ortaq işi olan film primyeranın çox sevdiyi İstanbulda keçirilməsini də məmnunluqla qarşılayıb. Filmdə iki fərqli dindən olan gəncin sevgisinə dair bir jurnalistin sualnı isə Elçin belə cavablandırıb: "Eşq din tanımır. Eşq mənəvi təmzilik tələb edir. Mənəvi təmizlik də bütün dinlərdə var" - deyə bildirib.

Elnarə Əlosmanqızı
AzNews.az