Məşhur rejissor Stanislav Qovoruxin ağır və uzun sürən xəstəlikdən sonra "Barvixa" sanatoriyasında vəfat edib. Məşhur rejissor Stanislav Qovoruxin ağır və uzun sürən xəstəlikdən sonra "Barvixa" sanatoriyasında vəfat edib.

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor Stanislav Qovoruxin ağır və uzun sürən xəstəlikdən sonra "Barvixa" sanatoriyasında vəfat edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə plenar iclasda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Qeyd edək ki, Rusiyanın xalq artisti Stanislav Qovoruxin "Vertikal", "Görüş yerini dəyişmək olmaz", "XX əsrin dəniz quldurları", "Kapitan Qrantın axtarışında", "On balaca zənci", "Voroşilov atıcısı", "Qadınlara xeyir-dua verin" kimi filmlərin rejissorudur.

O, aktiv siyasi fəaliyyətlə də məşğul olub, "Vahid Rusiya" Partiyasının üzvü kimi 2000-ci ildə Rusiya prezidentliyinə namizəd olub.

AzNews.az