“Rəssam günü” - Tədbir


Bu gün Rəssamlar İttifaqı yeni bir layihəyə start verəcək. Bu barədə AzNews.az-a sənətşünas Ziyadxan Əliyev məlumat verib.
Z.Əliyevin sözlərinə görə, "Rəssam günü" adlı bu tədbir Rəssamlar İttifaqının təşkilatçılığı ilə ərsəyə gələcək: "Bu gün Rəssamlar İttifaqında tədbirlə əlaqədar mətbuat konfransı keçiriləcək. Tədbirdə tanınmış rəsamların əl işləri nümayiş olunacaq. "Rəssam günü" adlı tədbir uşaq evlərində, bəzi müəssisə və təşkilatlarda da baş tutacaq".
"Rəssam günü" adlı tədbir martın 23-dən 25-nə kimi davam edəcək.

Bahar Rüstəmli
AzNews.az