DÇ-2018-də yeni rekord qeydə alınıb. DÇ-2018-də yeni rekord qeydə alınıb.

DÇ-2018-də yeni rekord

DÇ-2018-də yeni rekord qeydə alınıb.

AzNews.az Apasport-a istinadən xəbər verir ki, mundiallar tarixində meydana çıxan ən yaşlı oyunçunun adı yenilənib.

Belə ki, bu gün A qrupunun üçüncü tur matçında Səudiyyə Ərəbistanı ilə oyuna start heyətində başlayan Misir millisinin qapıçısı, 45 yaşlı Essam Əl-Hadari dünya çempionatlarının ən “qoca” oyunçusu olub.

Qeyd edək ki, bundan əvvəlki rekord DÇ-2014-də oynayan Kolumbiya millisinin keçmiş qapıçısı Ali Farid Kamilo Mondraqona (43 yaş) məxsus idi.