HDP-nin Hatay bölgəsindən millət vəkili seçilən aktyor Barış Atayın andiçməsi zamanı Türkiyə Böyük Millət Məclisində ara qarışıb. HDP-nin Hatay bölgəsindən millət vəkili seçilən aktyor Barış Atayın andiçməsi zamanı Türkiyə Böyük Millət Məclisində ara qarışıb.

Millət vəkili olan aktyor and içərkən ara qarışdı

HDP-nin Hatay bölgəsindən millət vəkili seçilən aktyor Barış Atayın andiçməsi zamanı Türkiyə Böyük Millət Məclisində ara qarışıb.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, and içmək üçün kürsüyə çağrılan aktyoru əvvəlcə salonda oturan bir neçə nəfər, daha sonra isə bir qrup protest edib. Parlamentin müvəqqəti spikeri Durmuş Yılmaz isə etiraz edənlərə iradını bildirərək mühafizəçilərə "Üzərinizə düşəni edin" deyib. Barışı fitə basan bir qrup şəxs salondan uzaqlaşdırılıb.

Barış Atay daha sonra and içərək vəzifəsinə başlayıb.

Qeyd edək ki, Atay "Arxa sıradakılar" serialından tanınır.

AzNews.az