15:47
(077) 610-22-33

Tanınmış aşıqların davasının təfərrüatı - “Apardım onu qəbiristanlığa...”

  • >
12 446 10 İyul 11:11 | Mədəniyyət

“Fəzail mənim populyarlaşmağımı həzm edə bilmir”.

Bunu AzNews.az-a açıqlamasında Aşıq Namiq Fərhadoğlu Aşıq Fəzail Miskinli ilə ATV kanalının efirindəki davaya münasibət bildirərkən deyib. O, həmkarını aşıq hesab etmədiyini qeyd edib:

“Mən Fəzailə dedim ki, sən aşıq deyilsən. Ona bir az reklam lazım idi. Sayəmdə reklam olundu. Baxdım ki, efirdə çox əl-qol atır, veriliş başa çatandan sonra apardım onu qəbiristanlığa. Dedim nə atlanıb-düşürdün? Sözün varsa, gəl bura. Vuran oğlan elə etmir. Mən kimisə vuranda çağırıb salıram təpiyin altına. Hamı efirdə bizə baxır. Ayıb deyil? Mən nə dedim axı? Dedim ki, bir dinləmək qabiliyyətin olsun. Qəbiristanlıqda deyir ki, “mən sənətdə səndən böyüyəm”. Dedim hansı sənətdən danışırsan? İki saz havası ifa etmək sənətkarlıq deyil. Mən özüm də yarım aşığam”.

Namıq Fərhadoğlu bildirib ki, efirdə onun şərəf və ləyaqətini alçaldıblar: “Mənim şərəf və ləyaqətimi təhqir edib. Məhkəməyə versəm, onu sındıraram. Biz qəbiristanlıqda onunla “razborka” edəndə atam zəng vurub. Məsələ ona belə çatmışdı. Biz gədəbəyliyik, o mənim evimdə qonaq olub, mən də onun. Amma efirdə atlanıb-düşmək müəllimə yaraşmaz. Sən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimisən. O hərəkətindən sonra səni orada saxlayacaqlar? Müəllim efirdə tullanar?”

Qeyd edək ki, ATV kanalında Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” proqramında Aşıq Fəzail Miskinli ilə Aşıq Namiq Fərhadoğlu arasında dava düşüb. Tərəflər arasında yaranan əlbəyaxa davada hər ikli aşıq bir-birini təhqir edib.

Bahar RÜSTƏMLİ
AzNews.az

Bağla X