“Ay camaat, ayılın. Bu, dövlətimizə qarşı təxribatdır”. “Ay camaat, ayılın. Bu, dövlətimizə qarşı təxribatdır”.

Nura Suri çağırış etdi - “Təxribata uymayın, düşmənləri sevindirməyin!”

“Ay camaat, ayılın. Bu, dövlətimizə qarşı təxribatdır”.

AzNews.az xəbər verir ki, bunu müğənni Nura Suri Gəncədə baş verən hadisələrdən danışarkən deyib. O, Azərbaycan xalqına çağırış edib:

“Liviya, Suriya kimi ölkələrin halına baxın. Bizim düşmənimiz başqa xalqdır. Biz azərbaycanlılar bir- birimizə dayaq olmalıyıq. Vətənimizi düşmənlərdən qorumalı, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda birləşməliyik. Təxribata uymayın. Düşmənləri sevindirməyin. Sovet dövründə yağı, əti talonla aldığınız vaxtları unutmayın, suyu saatlarla verirdilər, çörək almaq üçün millət səhər saat 6:00-dan növbəyə dururdu. Biz axı pis günlərin nə olduğunu bilirik. Nə qədər oğullarımız, qızlarımız vətən uğrunda həlak olub, onların ruhuna hörmət qoyun”.

Bahar RÜSTƏMLİ
AzNews.az