“Allahıma, anama, atama çox böyük borcum var, təəssüf ki, sağlığımda ödəyə bilməyəcəyəm”. “Allahıma, anama, atama çox böyük borcum var, təəssüf ki, sağlığımda ödəyə bilməyəcəyəm”.

“Çox böyük borcum var, ödəməliyəm...” - Xanım İsmayılqızı

“Allahıma, anama, atama çox böyük borcum var, təəssüf ki, sağlığımda ödəyə bilməyəcəyəm”.

AzNews.az xəbər verir ki, bunu şairə, bəstəkar Xanım İsmayılqızı sosial şəbəkədə bildirib. Şairə borcun üstünə illər faiz şəklində gəldiyini və ondan da təşvişə düşdüyünü deyib.

“Sevdiyim, bəyəndiyim şeirlərə mahnı yazanda da, yazmayanda da narahatam. Hər iki halda elə bilirəm ki, borcum var və ödəməliyəm. Bu borcun da üstünə aylar, illər faiz şəklində gəldikcə lap təşvişə düşürəm. Özüm-özümə deyirəm ki, ay Xanım, niyə rahat olmursan? Aylarla, illərlə, bir ömür boyu maddi, mənəvi borclarını ödəməyənlər var, heç veclərinə deyil. Sən də yapışmısan sözün, musiqinin, ürəyin, ruhun, vicdanın yaxasından, nə onlara rahatlıq verirsən, nə də özün sakit olursan...

Bu dünyada borc ölənə qədər bitən deyil, mən də borclu qalmağı sevməyən adamam. Öz sözlərimə mahnı yazanda atıram yaddaşımın, ürəyimin bir tərəfinə, istəyəndə üzə çıxarıram, istəməyəndə yatıb-qalır orda. Özümə borcum-filanım yoxdu. Allahıma, anama, atama çox böyük borcum var - onu da təəssüf ki, sağlığımda ödəyə bilməyəcəyəm. Bax belə...”

Bahar RÜSTƏMLİ
AzNews.az