Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən “Siyah sancak: Mübariz” filmində baş rolun ifaçısı Əsəd Məmmədov əsgər gedib. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən “Siyah sancak: Mübariz” filmində baş rolun ifaçısı Əsəd Məmmədov əsgər gedib.

“Mübariz” rolunun ifaçısını əsgər apardılar: filmin taleyi necə olacaq? - Açıqlama + Foto

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən “Siyah sancak: Mübariz” filmində baş rolun ifaçısı Əsəd Məmmədov əsgər gedib.

Bu barədə AzNews.az-a açıqlamasında filmin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Mübariz İbrahimov rolunun ifaçısı Əsəd Məmmədov 3 gündür ki, hərbi xidmətə yola salınıb.

Lakin baş rol ifaçısının hərbi xidmətə aparılması filmin çəkilişlərini ləngitməyəcək:

“Hərbi xidmət müqəddəs vəzifə, bir kişilik məktəbidir. Əsədin hərbi xidmətə çağırılması əslində bir az da işimizin xeyrinə oldu. Hərbi hazırlıqlar xeyli vaxt aparacaqdı. Baş rol oyunçumuz orada hərbi hazırlığını keçsin, biz də vaxtı dəyərləndirib azacıq dəyişikliklərlə işə davam deyirik. Bilirsiniz ki, filimdə Xocalı soyqırımı ilə bağlı səhnələr, Mübariz İbrahimovun uşaqlıq, yeniyetməlik illərini əks etdirən epizodlar var. Texniki heyət hazırda bu səhnələrin çəkilməsi üçin hazırlıqlara başlayıb. İnşallah, bir neçə gün sonra dekorasiyalar qurulacaq. Odur ki, qəhrəmanımızın hərbi xidmətə çağırılması işimizi axsatmadı”.

Qeyd edək ki, Türkiyənin HUN media şirkəti Azərbaycanda Milli Qəhrəman Mübariz İbrahimovdan bəhs edən “Siyah sancak: Mübariz” filminin çəkilişlərinə başlayıb.


Əsəd Məmmədov, aktyor

Bahar RÜSTƏMLİ
AzNews.az