09:01
(077) 610-22-33

Səxavət Məmmədov: “Onlardan biri...”

  • >
668 10 Avqust 12:58 | Mədəniyyət

Fevral ayında prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamda milli teatr sənətinin inkişafında özünəməxsus mövqeyə malik Mingəçevir Dövlət Dram Teatrının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanması qeyd olunub.

Teatrın direktoru Səxavət Məmədov AzNews.az-a müsahibəsində yubiley tədbiri ilə yanaşı yeni mövsümün yaradıcılıq planlarından da söz açdı.

- İlin birinci mövsümündə ölkə prezidenti Mingəçevir Dövlət Dram Teatrı ilə bağlı sərəncam imzalayıb. Sərəncamda teatrın 50 illik yubileyinin keçirilməsi qeyd olunub. Teatrın yeni mövsümü başlayan kimi yubiley tədbirlərinə start veriləcək. Eyni zamanda noyabr ayında bizim teatrın kollektivi üçün ikiqat bayram planı nəzərdə tutulub. Mingəçevir şəhərinin yaranmasının 70 illiyinin keçirilməsi planlaşdırılır. Bununla bağlı Mədəniyyət Nazirliyi tədbirlər planı hazırlayıb. Teatrın birinci 6 ayı yadda qalan olub. Teatrın aktrisasaı Ella Yaqubova xalq artisti fəxri adına layiq görülüb. Bununla yanaşı Mədəniyyət Nazirliyinin təsdiq olunmuş repertuar planına uyğun olaraq iki tamaşa hazırlanıb. Onlardan biri “Sadıqğın toyu”, ikinci tamaşanı isə teatrın Baş rejissoru Xəzər Gəncəli hazırlayır. Yeni mövsümdən bundan əlavə daha bir necə tamaşanın hazırlanması planlaşdırılır.

-Teatrın kollektivi istirahətdən nə vaxt qayıdacaq?

- Avqustun 25-də hamı iş başında olacaq.

-Yeni mövsümü hansı tamaşa ilə açacaqsınız?

- “Sadığın toyu” tamaşası ilə...

- Yola saldığınız mövsümdə teatr hansı bölgələrdə olub?

- 6 ay ərzində teatr bir çox bölgələrdə qastrol səfərlərində olub. Ətrafyanı rayonlardan Ağdam, Zərdab və s. kimi rayonlarda müxtəlif tamaşalarla çıxış etdik. Bundan əlavə hər həftə Mingəçevir tamaşaçılarının ixtiyarında olduq.

- Qarşıdakı mövsümdə, yəni teatrın ikinci rübündə nəzərdə tutulan yaradıcılıq planları açıqlanıb?

- Hələ tam açıqlanmayıb. Amma qarşıda iki tamaşamız var. Onlardan birini Bəhram Osmanov, ikincisini isə Xəzər Gəncəli hazırlayacaq. Repertuardan kənar isə Yeni il şənliyi, uşaqlar üçün tamaşaların da hazırlanması planlaşdırılır.

- Teatra maraq necədir. Deyilənə görə, bölgələrdə teatra gedən yoxdur, tamaşalara maraq azdır?

- yeni tamaşalar hazırlandıqça bizdə ilbəil tamaşaçıların sayı çoxalır. Tamaşaçıların əksəriyyəti gənclərdir. Onların istəyini nəzərə alıb repertuardan kənar tamaşalar da hazırlayırıq. Teatra, sənətə münasibət var. Teatr dövlət proqramı çərçivəsində işləyir. Teatrımız Bakı teatrlarından heç də geri qalmır. Şəraitimiz var, imkanlarımız genişdir. Mingəçevir İcra Hakimiyyətinin köməkliyi sayəsində biz tamaşaçı problemi yaşamırıq. İcra hakimiyyəti bizə dəstək olur.

- 50 illik yubileyinizlə əlaqədar nəzərdə tutulan tədbirin senarisi hazırdır?

- Bəli. Senarini Gənc Tamaşaçılar Teatrının Baş rejissoru Bəhram Osmanov yazıb. Nazirlik bu məsələni ona həbalə edib. Tədbirə hər yerdən dəvətlər olacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az

Bağla X