Əməkdar incəsənət xadimi, məşhur azərbaycanlı bəstəkar Tahir Əkbər... Bir-birindən yaddaqalan gözəl mahnı və əsərlərin müəllifi. Çox təəəsüf ki, hər dəfə ətrafımızda kimsə Tahir Əkbər deyəndə göz önünə onun mahnıları deyil, qəbri dəyişdirilən bəstəkar kimi gələcək. Əməkdar incəsənət xadimi, məşhur azərbaycanlı bəstəkar Tahir Əkbər... Bir-birindən yaddaqalan gözəl mahnı və əsərlərin müəllifi. Çox təəəsüf ki, hər dəfə ətrafımızda kimsə Tahir Əkbər deyəndə göz önünə onun mahnıları deyil, qəbri dəyişdirilən bəstəkar kimi gələcək.

Tahir Əkbərin həyat yoldaşı: “Bu mübarizəni sona kimi aparacağıq”

Əməkdar incəsənət xadimi, məşhur azərbaycanlı bəstəkar Tahir Əkbər... Bir-birindən yaddaqalan gözəl mahnı və əsərlərin müəllifi. Çox təəəsüf ki, hər dəfə ətrafımızda kimsə Tahir Əkbər deyəndə göz önünə onun mahnıları deyil, qəbri dəyişdirilən bəstəkar kimi gələcək.

Bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərin AzNews.az-a müsahibəsi.

- Yavaş-yavaş toparlanmağa çalışırıq. Qızım bu il ali məktəbi bitirib, Xarici Dillər Universitetinin məzunu oldu. Bizi narahat edən məsələlərdən biri də qızımın harada işləməsi idi. Bu məsələdə dövlət bizə dəstək verib. Yəqin ki, dövlətin dəstəyi ilə qızım işlə təmin olunacaq. Dövlət bu ailəyə dəstəyini heç vaxt əsirgəməyib.

- Tahir Əkbər geniş yaradıcılığı olan bir bəstəkardır. Yəqin ki, oxunmamış mahnıları da qalıb. Həmin mahnıların taleyi ilə bağlı nə düşünürsünüz?

- Biz qızımla boş dayanmırıq, Tahir Əkbərin yarımçıq qaldığı işlər var, onu davam etdirməyə çalışırıq. Türkiyədə məşhur bir kanon ifaçısı var-Halil Karaduman, o, Tahirin sağlığında bəstələrindən birini müəllif huquqlarını pozub. Düzü, Tahir müəllim sağlığında bu işin arxasınca düşmüşdü. Amma həyat, ölüm imkan vermədi ki, haqqını müdafiə etsin. Biz qızımla bu mübarizəni sona kimi aparacağıq. Halil Karaduman həm də bəstəkardır. O, 1997-ci ildə bu mahnının müəllif hüququnu alıb. Mahnı isə 1989-cu ildə bizim dövlətdə qorunur. İlk ifaçısı xalq artisti Nisə Qasımova olub. Halil Karaduman mahnının adını “Azizim” qoyub və türk sanat albomuna daxil edib. Hazırda bununla bağlı bəzi sənədlərə imza atmışıq, məhkəmə yolu ilə TahirƏkbərin müəllif hüqqlarını bərpa edəcəyik. İndi xalq artisti Nazpəri Dostəliyeva və Samir Cəfər həmin mahnını-“Əzizim”i hazırlayıb, hətta ona klip də çəkdiriblər. Cütlük bunu Tahir müəllimə həsr edib.

- Türkiyədə Tahir Əkbərin yaradıcılığına maraq necədir?

- Orada Tahir Əkbərin əsərlərinə maraq oyanıb. Tahir müəllim lirikanı çox gözəl yazırdı, dinləməklə doymurdun.

- Bəs, Azərbaycanda necə, müğənnilərdən kimlərsə mərhumun mahnılarını ifa etmək üçün sizə müraciət edib?

- Yox, bu barədə danışmaq çox çətindir. Səhnəyə, efirlərə baxın, musiqilər nə gündədir. Musiqilər çox bərbad haldadır. Məhz bu üzdən də Tahir Əkbərin musiqilərinə təlabat yoxdur. Düzdür, sağlığında tanınmış sənət adamlarının böyük əksəriyyəti onun əsərlərini oxuyub. Hətta cavanlardan-Röya, Elton, Rahidə Baxışova və s. kimi müğənnilər Tahir Əkbrin mahnılarını səsləndirib. Onun mahnılarını eşidəndə çox rahatlanırıq, məzarını ziyarət edirik. Artıq qəbrinin üstüdə götürülüb. Dövlət onu da öhdəsinə götürdü. Bütün bunları görəndə bizə elə gəlir ki, Tahir müəllim həyatdadır. Tahir müəllimin həyatda heç kimi yoxdur.

- Tahir müəllim kimdən incik getdi?

- Bu barədə danışmaq çox çətindir. Onu Allah və bir də ruhu bilir. Ömrünün sonuna yaxın 4 ay əziyyət çəkdi, dostlarından gəldilər, ona baş çəkdilər. Tahir müəllimin əlindən tutub kömək etdiyi insanlar var. Təbii ki, onların yarısı belə həmin əziyyətin qarşılığını vermədi. Ən azı Tahir müəllimə baş çəkə bilərdlər. Bu yaxınlarda belə bir söz eşitdim. Guya mən onu heç kimlə görüşməyə qoymamışam. Yalandır, belə şey olmayıb. Açığı biz incimirik, bir insana ki, dövlət qayğı göstərir o biriləri haqqında danışmağa dəyməz. Əsas dövlətdir. Dövlət də Tahir müəllimə axıra kimi qayğı göstərdi. Yerdə qalanlar bizim üçün önəm kəsb eləmir.

- Bəs, Tahir müəllimin qəbirinin dəyişdirilməsi barəsində nə deyə bilərsiniz?

- O haqda fikir söyləmək istəmirəm. Arada bir anlaşılmazlıq oldu. Mən onu xatırlamaq da istəmirəm. Onu yadımdan çıxartmışam. Hətta o haqda fikirləşmək də istəmirəm. Bunu kənara qoyaq, amma elə şeylər var ki, bu unudulmur. Bizi Tahir müəllimin əlindən tutduğu insanların laqeyidliyi qıcıqlandırır. Bir nəfər dedi ki, bu boyda sənətkarın vida mərasimində az miqdara insan vardı. Türkiyədə kiminsə prodüseri rəhmətə gedəndə hamı onunla vidalaşmağa gəlir. Bu mənim üçün önəm kəsb eləmir. Biz tez-tez onun məzarına gedirik. Bir həqiqət var-heç kəs oradan qaça bilmir. İnsanlar məzarlığı, ölümü fikirləşmirlər. Hər şey keçmişdə qalıb. Qızım deyir: “fəxr edirəm Tahir Əkbərin qızıyam. Çünki atam Azərbaycan musiqisinə böyük xəzinə qoyub gedib. İnsana pul lazımdır. Amma mən həyatda ən varlı kişinin qızıyam”. Tahir Əkbər Azərbaycan musiqisinə böyük sərvət qoyub. İnsanlar sağlığında Tahir müəllimi saymadılar, gəlib onun əhvalını soruşmadılar. Mən inanıram ki, həmin insanlar özlərindən sonra heç nə qoyub getməyəcək. Müğənnilərin arasında elələri var ki, onlar Tahir müəllimə borclu idilər. Amma onlar bir dəfə də olsun Tahiri soruşmadılar. Mən onlara dəyərsiz insanlar deyərdim.

Bahar RÜSTƏMLİ
AzNews.az