Rolling Stone jurnalına görə bütün dövrlərin ən möhtəşəm ifaçılarından biri olan Areta Franklin dünyasını dəyişdi. Rolling Stone jurnalına görə bütün dövrlərin ən möhtəşəm ifaçılarından biri olan Areta Franklin dünyasını dəyişdi.

Əfsanəvi ifaçı vəfat etdi - Video

Rolling Stone jurnalına görə bütün dövrlərin ən möhtəşəm ifaçılarından biri olan Areta Franklin dünyasını dəyişdi.

AzNews.az Associated Press-ə istinadən xəbər verir ki, müğənni 76 yaşında ABŞ-da Detroytdakı evində ölüb.

Hələ avqustun 13-də kino tənqidçisi Rodcer Fridman "soulun kraliçası"nın ölüm yatağında olduğunu bildirmişdi. 2010-cu ildə ifaçıya xərçəng diaqnozu qoyulmuşdu. O, səhnədə son çıxışını 2017-ci ildə edib.

Areta Franklin ilk qadındır ki, onun adı rok-n-rollun şöhrət zalına daxil edilib. O, ritm-end-bluz, soul, qospel üslubunda kompozisiyalar ifa edirdi. Məşhurluğunun pik dövrləri ötən əsrin 60-cı illərinə təsadüf edir.

Güclü vokalına görə soulun kraliçası" ləqəbini qazanıb. Son studiya albomu - Aretha Franklin Sings the Great Diva Classics - 2014-cü ildə çıxdı. 2017-ci ildə müğənni karyeranın tamamladı.