Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür. Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

İlhamə Quliyevanın sirri açıldı: “Onun sevgisindən ləzzət alırdı”- Əməkdar artistlə müsahibə

Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

Əməkdar artist Firuzə İbadova AzNews.az portalına verdiyi müsahibədə İlhamə Quliyeva ilə bağlı xatirələrini bölüşür.

- İlhamə xanımın haqqında keçmiş zamanda danışmaq çətin deyil ki?

- İlhamə dəyərli səs və sənət sahibi idi. Onun haqqında keçmişdə danışmaq istəmirəm. Hansısa müğənni onun nəğmələrini oxuyanda istər-istəməz məndə qısqanclıq yaranır. O, mahnılarının möhürünü vurub. O mahnıları heç kəs onun kimi oxuya bilməyəcək. İlhamə xanımın ürəyi geniş idi. O, kimin üçünsə tikanlı görünə bilər. Bunun da səbəbi vardı. İlhamə xanım musiqini gözəl bilirdi. Sənətdən söz düşəndə, həmişə həqiqəti deyirdi. Tikanları da bunun üçün idi, istəmirdi kimsə səhnədə vaxt keçirsin. Musiqini, mahnıları, ümumiyyətlə, Azərbaycan musiqisini qorumağa can ataırdı. Onun kürsüsündə heç kim otura bilməz. O, Azərbaycan musiqi mədəniyyətində mükəmməl bir sənətkardır, Allah ona rəhmət eləsin, onun o dünyasını versin, günahlarından keçsin. Heç kəs deyə bilməz ki, mən günahsızam. Hətta ən pak insanın belə günahı var. Kaş ki, İlhamə xanım günahsız olaydı, heç kəsin qəlbinə dəyməyəydi. İlhamə xanım səbirsiz idi.

- Firuzə xanım, İlhamə Quliyevanın sağlığında bütün sənət adamları onun ətrafında idi, tədbirlərdə opüşüb, qucaqlaşmaq, hətta əlindən öpənləri də görürdük. Amma mərhumun üstü torpaqlanan kimi ona olan məhəbbət nifrətə çevrildi. Hər kəs İlhamə Quliyevanın arxasınca danışdı... Buna necə ad qoyaq?

- İnsanlar sağlığında ona tənzim edirdi. Sənətkar idi. İlhamə xanım mənə qarşı mülayim idi, heç vaxt kiməsə əyilməmişəm. Allahdan başqa kiməsə tənzim etməmişəm. Hərdən qəbiri üstünə gedirəm. Orada qəbirlərə baxan xanımlar var, onlarla söhbət edirəm. Onlardan soruşuram ki, ay mənim gözəl bacılarım, İlhamə xanımı ziyarət edən, qəbrinin üstünə gələn var? Deyirlər ki “heç kim, ancaq bacıları. Bir sənət adamı onun qəbirinin üstünə getmir”. Heyif onun sənətçilərə münasibətindən....O, hər kəsə əl tuturdu. Xanımlardan biri Kərimi, biri də Nadiri görüb. Allah hər kəsi görür. Kimin hansı problemi olurdusa İlhamədən dəstək umurdu. Mən heç bir vaxt problemlərimi ona yükləmədim. Bu gün elə insanlar var ki, İlhamə xanımın çörəyini yeyir. Bunu danmaq olmaz. Hər kəs kənara çəkildi.

- Ölümündən sonra onun yaxşılıq etdiyi insanlar ona qarşı dedi-qodular başladı...

- Hə. Amma o dedi-qoduların hamısını xalq artisti Zeynəb Xanlarova vida mərasiminə gəlişi ilə ört-basdır etdi. Zeynəb xanım gəldi, iştirak etdi. Zeynəb xanım dünya şöhrətli sənətkardır. Buna görə mən ona dəfələrlə təşəkkür etmişəm. İlhamə xanımın sağlığında ondan inciyən insanlar var ki, ona rəhmət diləyir. Nə olur-olsun, Azərbaycanın sənətkarıdır, ölümündən sonra yad eləmək lazımdır. Öləndən sonra arxasınca mindənə söz danışdılar. Bu günahdır, artıq ona heç nə çatmır. Ölən insandan şeytan da əl çəkir. Hərdən deyirdi ki “gərək mən Nazpərinin qəlbinə dəməyəydim”. Mən İlhamə xanımla bu barədə söhbət edirdim. Doğrudan da mən Nazpəri xanımı çox istəyirdim. Biz İlhamə xanımla oturub danışanda həmişə həqiqəti demişəm, heç vaxt ona xoş gəlsin deyə yalandan kimisə pisləməmişəm. Naspəri xanımda bir xasiyyət var, kiminsə qarşısında əyilməzdi. Qürurlu xanımdı. İlhamə xanım isə uşaq kimi idi. Hər hansı bir səhvi olanda deyirdi “Füruzə, istəyirəm zəng edim ondan üzr istəyim”. Onda belə mərd xasiyyət də vardı. Olub ki, incimişik, aradan bir az keçəndən sonra zəng edib, deyib ki “Tükazbanın canı üçün bilmədən olub, bağışla, bilmədən olub”. Bu boyda sənətkar bu adımı atıbsa onu niyə də bağışlamayım? Görün onun necə qəlbi vardı?

- Yaxın olmusunuz. İlhamə Quliyevanın qadın olaraq sevdiyi hər hansı kişi vardı?

- Onu qəlbən sevən insanlar çox idi...Bu onun qəlb, həyat, roman kitabıdır. Onu kimsə aça bilməz. O, gözəl qəlbli qadın idi. Heç kimi sevmirdi, amma onu sevən kişilər, qadınlar, gənclər vardı. İlhamə xanım bunu bilirdi, onun sevgisindən ləzzət alırdı. Özü də kənarda dayanırdı. Onun yaxınlıq etdiyi kimsə yox idi. Özü də gözəl xanım idi, özünü sevirdi, dəyər verirdi. Bir baxımsız qadın görəndə ona ana nəsihəti verirdi. Heç kəsi tapdalayıb keçməzdi. İstəyirdi hamı onu sevsin. Bir uşaq ürəyi vardı ki...

Bahar RÜSTƏMLİ
AzNews.az