Bu gün görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 76-cı ili tamam oldu. Bu gün görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 76-cı ili tamam oldu.

Əfsanəvi Xalq artisti yad edildi - Fotolar

Bu gün görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 76-cı ili tamam oldu.

AzNews.az-ın məlumatına görə, bu münasibətlə I Fəxri xiyabanda dünya şöhrətli musiqiçinin məzarı ziyarət olunub, abidəsi önünə əklil qoyulub, tər çiçəklər düzülüb.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov, Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, eləcə də tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Müğənninin həyat yoldaşı Tamara Sinyavskaya unudulmaz ifaçını yad etməyə gələn hər kəsə dərin təşəkkürünü bildirib: “Mənim üçün Müslüm haqqında danışmaq çox çətindir. Çünki onu bir an belə unutmuram. Hər il onun ad günündə bura gələn, Müslümü unutmayan insanlara minnətdaram. Siz onun xatirəsini özünüzlə evlərinizə və bütün Bakıya ötürürsünüz. Ondan danışır, gənc nəslə tanıdırsınız. Bu isə Müslümün xatirəsinin əbədi yaşaması deməkdir”.

Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur.

Картинки по запросу müslüm maqomayev
O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirib. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan Müslüm Maqomayevin C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ona böyük şöhrət gətirib.

Müğənninin ifasında “Koroğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl” (M.Maqomayev), “Toska” (C.Puççini), “Aleko” (S.Raxmaninov) operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tutub. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanıb.

O, 1974-cü ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri ilə birgə ABŞ, Kanada, Fransa, Almaniya, Finlandiya, İsveçrə, İspaniya, İtaliya, Portuqaliya, Argentina, Braziliya, Polşa və başqa ölkələrdə böyük uğurla çıxış edib.

Sənətkar 1973-cü ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordeni ilə təltif olunub.

image description image description