Əməkdar artist Rafiq Hüseynov 77 yaşında dünyasını dəyişib. Əməkdar artist Rafiq Hüseynov 77 yaşında dünyasını dəyişib.

Rafiq Hüseynov vəfat etdi

Əməkdar artist Rafiq Hüseynov 77 yaşında dünyasını dəyişib.

AzNews.az-ın məlumatına görə, aktyor uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışıb. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib.

1991-ci ildə "əməkdar artist" adına layiq görülən aktyor bir sıra tamaşalarda fərqli rolları canlandırıb.

"Dədəm Qorqud" tamaşasında Salur Qazan, "Nəsrəddin"də Qara keşiş, "Sükut divarı"nda Leonardo və s. rolları ilə tamaşaçı sevgisini qazana bilib.