Azərbaycanda səfərdə olan Koreya Respublikasındakı Avrasiya Türk Araşdırmaları İnstitutunun (ATAİ) direktoru, Dongduk Qızlar Universitetinin professoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə məsləhətçisi, görkəmli türkoloq Eunkyung Oh ölkəmizin bir sıra elmi müəssisələrində görüşlər keçirib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində, Bakı Dövlət Universitetinin (BDU) Uzaq Şərq dilləri kafedrasında, Folklor İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində (AYB) olan qonaq müxtəlif təşkilatlarla əməkdaşlıq müqavilələri də imzalayıb. Azərbaycanda səfərdə olan Koreya Respublikasındakı Avrasiya Türk Araşdırmaları İnstitutunun (ATAİ) direktoru, Dongduk Qızlar Universitetinin professoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə məsləhətçisi, görkəmli türkoloq Eunkyung Oh ölkəmizin bir sıra elmi müəssisələrində görüşlər keçirib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində, Bakı Dövlət Universitetinin (BDU) Uzaq Şərq dilləri kafedrasında, Folklor İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində (AYB) olan qonaq müxtəlif təşkilatlarla əməkdaşlıq müqavilələri də imzalayıb.

Azərbaycanlı şairin şeirləri Koreya dilində

Azərbaycanda səfərdə olan Koreya Respublikasındakı Avrasiya Türk Araşdırmaları İnstitutunun (ATAİ) direktoru, Dongduk Qızlar Universitetinin professoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə məsləhətçisi, görkəmli türkoloq Eunkyung Oh ölkəmizin bir sıra elmi müəssisələrində görüşlər keçirib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində, Bakı Dövlət Universitetinin (BDU) Uzaq Şərq dilləri kafedrasında, Folklor İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində (AYB) olan qonaq müxtəlif təşkilatlarla əməkdaşlıq müqavilələri də imzalayıb.

Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, Eunkyung Oh hazırda layihə əsasında Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin şeirlərini Koreya dilinə çevirməklə məşğuldur. O, həmçinin BDU-nun professoru, yazıçı Vaqif Sultanlı ilə birlikdə “Çağdaş Azərbaycan nəsri” antologiyasının Koreya dilinə tərcüməsi üzərində işləyir.

Səfər çərçivəsində qonaq hazırlayacağı Türk Dünyası Ensiklopediyası ilə bağlı müxtəlif elmi mərkəzlərdə müzakirələr aparıb. Eyni zamanda, AYB ilə ATAİ arasında əməkdaşlıq memorandumu imzalanıb.

AzNews.az