“Üzeyir bəy dahi Azərbaycan bəstəkarı, müasir musiqimizin atası, yaradıcısıdır.” “Üzeyir bəy dahi Azərbaycan bəstəkarı, müasir musiqimizin atası, yaradıcısıdır.”

“O, müqəddəs insan kimi daim yaşayacaq” – Anar

“Üzeyir bəy dahi Azərbaycan bəstəkarı, müasir musiqimizin atası, yaradıcısıdır.”

Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin Azərbyacan mədəniyyətində yeri barədə AzNews.az-a danışan Xalq yazıçısı Anar belə deyib.

O, bildirib: “Üzeyir bəy Şərqdə “Leyli və Məcnun” kimi ilk operanın, “Koroğlu” kimi məşhur operanın müəllifidir. Azərbaycan musiqisinin tarixində onun çox böyük, özünəməxsus yeri var.

Üzeyir bəy həm də gözəl dramaturq, publisist olub. Cümhuriyyət dövründə Azərbaycanın müstəqilliyi, azadlığı, demokratik inkişafı uğrunda yazılmış çoxlu məqaləsi var.

Mən yaradıcılığmda da Üzeyir bəyə müraciət etmişəm. “Uzun ömrün akkordları” filmində bütün əsərlərindən parça-parça olsa da, göstərməklə Üzeyir bəyin bir bəstəkar kimi yaradıcılığını təqdim etmək istəmişəm.

“Arşın mal alan”, “O olmasın, bu olsun” komediyalarının librettosunun müəllifi bilirsiz ki, Üzeyir bəy özüdür. Və bu komediyalar Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin səhnə əsərləri kimi Azərbaycan ədəbiyyatı tarixinin ölməz əsərləridir, yaşayır.

Onun publisistikasını iki qismə bölmək olar. 1918-1920-ci illərdə əsasən siyasi mövzularda yazır, Azərbaycanın müstəqilliyi yolunda mübarizə aparırdı. Sovet dövründə isə musiqiyə aid məqalələr yazırdı. Xüsusən iyirminci illərdə muğam operalarını müdafiə edən məqalələri ilə, Azərbaycan musiqisini tədqiq edən əsərləri ictimai fikirdə, publisitikamızda çox mühüm yer tuturdu.

Üzeyir bəy Azərbyacan xalqının qəlbində böyük bir sənətkar, müqəddəs bir insan kimi daim yaşayacaq”.

AzNews.az