“Art Tover” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı fotosərgi açılacaq “Art Tover” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı fotosərgi açılacaq

Peru rəssamları Bakıda

“Art Tover” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı fotosərgi açılacaq

Sentyabrın 25-də “Art Tower” rəsm qalereyasında “Peru Andlarının mənzərələri” adlı sərginin açılışı olacaq.

AzNews.az xəbər verir ki, sərgi Perunun Azərbaycandaki Səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyinin və “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatı nın təşəbbüsü ilə gerçəkləşəcək.

Sərgidə 4 Peru rəssamı - Hugo Suyo Medina, Evaristo Cayo, Guzman Emilio Huanca Yanariko və Darwin Chavezin əsərləri nümayiş olunacaq.

Rəssamların hər biri möhtəşəm And dağlarının əzəmətliyini, yağışlı meşələrini, füsunkar dağlarının ətəklərindən axan Amazon çayını və onun qollarını əhatə edən neçə neçə çayları, böyük və əhamiyyətli göllərini, quraq və qumlu sahil düzənliklərinin gözəlliklərini özünəməxsus şəkildə əsərlərində əks etdiriblər.

Sərgi oktyabrın 6-dək davam edəcək.

AzNews.az