Əməkdar artist, Azərbaycan Opera və Balet Teatrının gözəl və istedadlı solisti İlahə Əfəndiyevanın ailəsində xoş anlar yaşanır. Əməkdar artist, Azərbaycan Opera və Balet Teatrının gözəl və istedadlı solisti İlahə Əfəndiyevanın ailəsində xoş anlar yaşanır.

Əməkdar artist ikinci dəfə ana oldu

Əməkdar artist, Azərbaycan Opera və Balet Teatrının gözəl və istedadlı solisti İlahə Əfəndiyevanın ailəsində xoş anlar yaşanır.

AzNews.az xəbər verir ki, sənətçi ikinci dəfə ana olub. O, qeysəriyyə əməliyyatı ilə dünyaya ay parçası kimi bir qız gətirib.

İlahə Əfəndiyeva övladına müasir ad qoymağı düşünür:
“İstəyirəm qızıma elə ad qoyam ki, onu çağıranda nəinki mənim də, gələcəkdə onun özünün də xoşu gəlsin. Bəzi adlar üzərində düşünürük, amma yekun qərar verməmişik”.

Xatırladaq ki, Opera və Balet Teatrının tanınmış solisti İlahə Əfəndiyevanın ilk övladı oğlandır və adı Emindir.

Bahar RÜSTƏMLİ
AzNews.az