Sentyarbın 20-də Londonda Buker mükafatının qısa siyahısı elan edilib. Sentyarbın 20-də Londonda Buker mükafatının qısa siyahısı elan edilib.

Buker mükafatının qısa siyahısı açıqlandı

Sentyarbın 20-də Londonda Buker mükafatının qısa siyahısı elan edilib.

AzNews.az Rusiya saytlarına istinadən xəbər verir ki, siyahıya Britaniya yazıçıları Anna Berns (Milkman), Deyzi Conson (Everything Under) və Robin Robertson (The Long Take), Amerika yazıçıları Reyçel Kuşner (The Mars Room) və Riçard Pauers (The Overstory) və Kanada yazıçısı Esi Eduqyan (Washington Black) daxil olub.

Britaniyalı filosof və yazıçı, jüri nümayəndəsi Kvame Entoni Appianın bildirdiyi kimi, altı əsərin hər biri “stilistik möcüzə”dir.

Mükafatın məbləği 50 min funt sterlinq təşkil edir. Nominatların hər biri isə 2.5 min funt sterlinq əldə edəcəklər.

Qalibin adı 16 oktyabrda Siti Guilhollda verilən təntənəli şam yeməyində elan ediləcək.

AzNews.az