Sentyabrın 25-i, saat 19:00-da YARAT-da rus rejissor Anton Jelnovun "Yazıq adamlar. Kabakovlar" filmi nümayiş oluncaq. Sentyabrın 25-i, saat 19:00-da YARAT-da rus rejissor Anton Jelnovun "Yazıq adamlar. Kabakovlar" filmi nümayiş oluncaq.

“Yazıq adamlar. Kabakovlar” – YARAT-da film nümayişi

Sentyabrın 25-i, saat 19:00-da YARAT-da rus rejissor Anton Jelnovun "Yazıq adamlar. Kabakovlar" filmi nümayiş oluncaq.

AzNews.az xəbər verir ki, nümayiş bu il öz onilliyini bayram edən "Qaraj" Muzeyi ilə birgə təşkil edilib.

"Qaraj" Müasir İncəsənət Muzeyi ilə İlya və Emiliya Kabakovları uzun illər davam edən münasibətlər bağlayır. “Qaraj"2008-ci ildə məhz Kabakovların retrospektiv sərgisi ilə açılıb.

Filmin adı İlya və Emiliya Kabakovların əsərlərinin qəhrəmanlarına, "balaca" adamlara və sovet dövlətində onların dramatik həyat təcrübəsinə istinad edir.

2018-ci ildə çəkilmiş Yazıq adamlar" filmində İlya Kabakov öz yaradıcılığının başlanğıcından - anasının faciəli taleyindən, onun sonradan dünyagörüşünə və bir rəssam kimi formalaşmasına təsirindən bəhs edir. Həyat yoldaşı və həmmüəllif Emiliya ilə birlikdə o SSRİ-də qeyri-rəsmi incəsənətdən, Moskva konseptualizminin yaranmasından, Avropaya və ABŞ-a mühacirətindən, "30 illik sərgi aclığından" sonra (Sovet İttifaqında Kabakov ictimai sərgilərdən imtina edirdi) onun bütün dünyada tanınmasından danışırlar. Bu gün Kabakovun əsərləri Nyu-York Müasir İncəsənət Muzeyi, Millik Müasir İncəsənət Muzeyi — Corc Pompidu Mərkəzi (Paris) və Künsthalle (Hamburq) daxil olmaqla, dünyanın ən aparıcı muzeylərinin kolleksiyalarına daxildir.

AzNews.az