Müğənni Roza Zərgərli yenidən aparıcılıq edəcək. Müğənni Roza Zərgərli yenidən aparıcılıq edəcək.

Roza Zərgərli bu kanalda aparıcılıq edəcək

Müğənni Roza Zərgərli yenidən aparıcılıq edəcək.

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, ifaçı bu dəfə ATV telekanalında “Bakı vaxt ilə” verilişi ilə tamaşaçıları salamlayacaq.

Sentyabrın 22-də efirə gedəcək veriliş isə ölməz sənətkar, xalq artisti Şövkət Ələkbərovaya ithaf olunub.

Həmişəkindən fərqli olaraq “Bakı vaxt ilə” bu dəfə tamaşaçılara bir az fərqli formada təqdim olunacaq. Proqrama dəvət olunan qonaqlar Şövkət xanımın yaradıcılığından və şəxsiyyətindən danışacaq, tamaşaçılar sənətkarla bağlı indiyədək səslənməyən faktlar eşidəcəklər.

Qeyd edək ki, Roza Zərgərli “Bakı vaxt ilə” verilişini adı altında ATV kanalından başqa Lider və İTV telekanallarında da aparıcılıq edib.