Sentyabrın 28-d’ XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Rəssamın gözü ilə" layihəsi çərçivəsində Xalq rəssamı Böyükağa Mirzəzadəyə həsr olunmuş görüş keçiriləcək. Sentyabrın 28-d’ XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Rəssamın gözü ilə" layihəsi çərçivəsində Xalq rəssamı Böyükağa Mirzəzadəyə həsr olunmuş görüş keçiriləcək.

Qızı Böyükağa Mirzəzadədən danışacaq

Sentyabrın 28-d’ XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Rəssamın gözü ilə" layihəsi çərçivəsində Xalq rəssamı Böyükağa Mirzəzadəyə həsr olunmuş görüş keçiriləcək.

Aznews.az xəbər verir ki, tədbirdə rəssamın qızı, sənətşünas Ofeliya Mirzəzadə sənətkarın həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən, çoxsaxəli mövzu və janrlarından, portertlərindəki qəhrəmanlardan, əsərlərindəki kompozisiya quruluşundan danışacaq.

Dialoq formatında keçiriləcək görüşdə qonaqlar Böyükağa Mirzəzadənin sənətdə və ailədəki rolundan, həyatında və yaradıcılığında baş vermiş maraqlı hekayələrdən agah olacaqlar.
Tədbir zamanı iştirakçılar, böyük portret ustadının sərgidə nümayiş olunan, əsrarəngiz rəng kompozisiyaları ilə seçilən əsərləri ilə də tanış ola bilərlər.

Böyükağa Mirzəzadə (1921-2007) sovet dövrünün ən sayılıb-seçilən azərbaycanlı rəssamlarından biridir. O, portret, peyzaj, natürmort və janr kompozisiyaları kimi müxtəlif janrlarda işləmişdir. 1950-1960-cı illərdə, rus rəssamlıq məktəbinin çiçəklənən sosial realizminin ənənələrini davam etdirməklə, həmçinin, yerli mühitin və mədəniyyətin özəl elementlərini əlavə etməklə özünə məşhurluq qazandı. Onun portretlər silsiləsi öz dövrünün görkəmli simalarını özündə birləşdirir. Rəssamın əsərləri Azərbaycan muzeylərində olduğu kimi, bir çox xarici ölkələrin muzey və qalereyalarında özəl kolleksiyalarda saxlanılır. Onun "Çətir altında natürmort" əsəri Moskvada Tretyakov Qalereyasının bədii fonduna daxil edilib.

Giriş sərbəstdir.

Aznews.az