40 min tamaşaçı toplaya biləcəkmi? 40 min tamaşaçı toplaya biləcəkmi?

“Gündüzlər heç vaxtım olmur, axşamlar zəng edin”

40 min tamaşaçı toplaya biləcəkmi?


Əməkdar artist, muğam ifaçısı Könül Xasıyeva solo konsertə hazırlaşır. Aprelin 19-da nəzərdə tutulan konsert Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

AzNews.az-ın "40 min tamaşaçısı olan stadionu konsert məkanını seçmək riskli deyilmi" sualına K.Xasıyevanın cavabı belə oldu: "Başqa yerdəyəm. Mənim gündüzlər heç vaxtım olmur, axşamlar zəng edin".
Xalq artisti Mənsum İbrahimov isə həmkarının sözügedən stadionu tamaşaçı ilə dolduracağına əmindir: "Könül xanım sevilən sənətkardır. Təbii ki, onun heyranları konsertə gələcək. Muğam Azərbaycan musiqisinin kökü və əsasıdır. Yəni, vaxtilə bu belə olub. Bizim Cabbar, Seyid, Xan əmi, Zeynəb Xanlarova bütün konsertlərini stadionda verib. Mən inanıram ki, muğam konserti üçün elə məkan stadion olmalıdır".
Xalq artisti Aygün Bayramovanın sözlərinə görə, isə bu suala cavab vermək çox çətindir: "Allah xeyir versin. Amma bu suala cavab vermək çətindir. Yəqin o, stadionu tamaşaçı ilə dolduracağına əmindir".

Bahar Rüstəmli
AzNews.az