Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşası təqdim olunub. Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşası təqdim olunub.

“Manqurt” Akademik Milli Dram Teatrında

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən AzNews.aza verilən məlumata görə, Çingiz Aytmatovun “Gün var, əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Anar Babalı, səhnələşdirəni İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak ediblər.

Maraqlı yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il bir çox ölkədə böyük qırğız yazıçı Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir.

AzNews.az

image description image description image description image description