“Chelebi Media Group” Youtube sosial şəbəkəsində yeni “Kitabçı” layihəsinə başlayıb. “Chelebi Media Group” Youtube sosial şəbəkəsində yeni “Kitabçı” layihəsinə başlayıb.

Məşhurlar kitabdan danışacaqlar – “Kitabçı”

“Chelebi Media Group” Youtube sosial şəbəkəsində yeni “Kitabçı” layihəsinə başlayıb.

AzNews.az xəbər verir ki, layihə müxtəlif sahələrdə ictimaiyyət tərəfindən tanınan insanların oxuduqları kitabları tamaşaçılarla bölüşməsindən ibarətdir.

Qonaq olan şəxs oxuduğu və özünün ən çox bəyəndiyi 5 kitabı tamaşaçılara təqdim edir, kitablar haqqında məlumat verir və tövsiyyə edir.
Layihənin məqsədi insanlarda mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.
“Kitabçı” layihəsinin ilk qonağı aparıcı Pərvin Əsgərlidir.

AzNews.az