Bakı Uşaq Teatrı yeni mövsümün açılışına hazırlaşır. Bakı Uşaq Teatrı yeni mövsümün açılışına hazırlaşır.

Bakı Uşaq Teatrı açılışa hazırlaşır

Bakı Uşaq Teatrı yeni mövsümün açılışına hazırlaşır.

AzNews.az xəbər verir ki, teatr yeni mövsümünü sentyabrın 26-da açacaq.

Teatrdan verilən məlumata görə, sentyabrın 26-sı təsadüfü seçilməyib: “Bu tarix qardaş Türkiyədə 1932-ci ildən Türk Dili Bayramı kimi qeyd olunur. Açılışda balaca seyrçilərə bayram şousu, repertuarındakı tamaşalardan səhnələr, Tofiq əminin iştirakı ilə illuziya nömrələri, şou-proqram nümayiş olunacaq”.

27 sentyabrda isə böyüklər üçün tamaşa Dillər Universitetində nümayiş olunacaq. Tamaşaçılar Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?!” əsəri əsasında Elşən Zeynallının quruluşunda eyniadlı tamaşaya baxacaqlar.

Bahar RÜSTƏMLİ
AzNews.az