Sentyabrın 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək. Sentyabrın 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

“Qu gölü” azərbaycanlı baletmeysterin təqdimatında

Sentyabrın 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, səhnə əsəri Eldar Əliyevin xoreoqrafik adaptasiyasında təqdim olunacaq.

Baletin xoreoqrafiyası Marius Petipaya və Lev İvanova, 1950-ci ildə redaktəsi Konstantin Sergeyevə (1910-1992) məxsusdur. Balet Eldar Əliyevin xoreoqrafik adaptasiyasında Primorye səhnəsində ilk dəfə 2015-ci il yanvarın 23-də qoyulub. Baletin budəfəki nümayişi Marius Petipanın anadan olmasının 200 illik yubileyinə həsr ediləcək.

Eldar Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. Eldar Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

AzNews.az