Məşhur tarzən Avropaya gedir

Xalq artisti, tanınmış tarzən Ramiz Quliyev Avropa ölkələrinə səfər edəcək. Bunu AzNews.az-a sənətkarın özü bildirdi.

May ayında baş tutacaq səfərdə o, oğlu Əyyub Quliyevlə eyni səhnəni bölüşəcək: "Bütün konsertlər Avropa ölkələrinin orkestri ilə keçiriləcək. Konsertdə həm Azərbaycan, həm də Avropa ölkələrinin solistləri iştirak edəcək. Yeni bir proqramdır. Məqsəd həm də Azərbaycan musiqisi ilə yanaşı, tar musiqi alətini dünyaya tanıtmaqdır. Hazırda bununla bağlı gecə-gündüz iş gedir. Azərbaycan musiqi mədəniyyətinin təbliği bir neçə sənətkara həvalə olunub. Bu ağır yükü gəlir fikirləşmədən çəkirik".

Bahar Rüstəmli
AzNews.az