22:54
(077) 610-22-33

Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

  • >
858 3 May 2013 11:49 | Mədəniyyət

Bu gün Ana Vətən Partiyası (AVP )Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Heydər Əliyevin 90 illiyinə həsr etdiyi "Fəxr edirəm ki, mən azərbaycanlıyam" adlı yazı müsabiqəsinin nəticələrinə yekun vurub.

Tədbirdə millət vəkilləri Abel Məhərrəmov, Fəzail Ağamalı, Musa Quliyev, Musa Qasımov, müsabiqədə iştirak edən tələbələr və jurnalistlər iştirak edib. Tədbirdə çıxış edən A. Məhərrəmli bildirib ki, Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçirilir və hərə çalışır ki, bu yubileyə öz töhfəsini versin: "Bakı Dövlət Universitetinin 17 fakültəsi var. Hər fakultə bu hadisə ilə bağlı elmi-praktik konfrans keçirir. O cümlədən beynəlxalq konfranslar da keçirmişik. Bu tədbirlər arasında ən vaciblərindən biri də gənclərin arasında keçirilən müsabiqələrdir. Mən çox şadam ki, Ana Vətən Partiyası da bu sistemdə öndə gedir. Çoxsaylı tələbələr bu müsabiqəyə qoşulub. Qaliblərə uğurlar arzu edirəm ".

Daha sonra AVP sədri F. Ağamalı çıxış edib. Millət vəkili qeyd edib ki, o bir Azərbaycan vətəndaşı kimi özümə borc bilib ki, Heydər Əliyevlə bağlı tələbələr arasında yazı müsabiqəsi keçirsin: "Biz müsabiqəni keçirmək istəyini partiyada müzakirə etdik və partiya bu qərarı qəbul etdi. Birinci mükafata 1, ikinciyə 1, üçüncüyə isə 2 nəfər layiq görüldü. Digər 8 nəfər isə həvəsləndirici mükafat alacaqlar. Biz istəyirik ki, bu müsabiqədə təqdim olunan yazıları toplayıb kitab şəklində dərc edək".

Daha sonra diplomlar və mükafatlar qaliblərə təqdim olunub:

1. Kəramət Nəcəfzadə Qəşəm oğlu Bakı Dövlət Universiteti
2. Əsmər Ağayeva Arif qızı Azərbaycan Pedaqoji Universiteti
3. Cəfərzadə Sitarə Famil qızı Bakı Dövlət Universiteti
4. Şirinov Rüfət Zaur oğlu Azərbaycan Dövlət İqtisadiyyat Universiteti
5. Həsənov Valid İlham oğlu Bakı Dövlət Universiteti
6. Tahirova Ofelya Etibar qızı Azərbaycan Dövlət İqtisad Universiteti
7. Əliyeva Səadət Naxçıvan Dövlət Universiteti
8. Muradova Şəlalə Bəfalət qızı Azərbaycan Dillər Universiteti
9. Pənahova Xədicə Kamal qızı Azərbaycan Pedaqoji Universiteti
10. Bahadurlu Türkan Valeh qızı Azərbaycan Pedaqoji Universiteti
11. Məmmədzadə Müjkan Əbdüləli qızı Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası
12. Novruzov Niyaz Fəyyaz oğlu Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti

Xatırladaq ki, birinci yer üçün min manat, ikinci üçün yeddi yüz manat, üçüncü üçün beş yüz manat, birinci onluqda yer tutanlar üçün həvəsləndirici mükafatlar və diplomlar verilib.

Qeyd edək ki, münsiflər heyətində akademik, millət vəkili Abel Məhərrəmov, akademik, millət vəkili Nizami Cəfərov, professor, millət vəkili Fəzail Ağamalı, dosent, millət vəkili Mübariz Qyrbanlı, millət vəkili Musa Quliyev (Urud),dosent, müsabiqənin münsif heyətinin katibi Fikrət Şiriyev yer alıb.//qafqazinfo//

AzNews.az
Bağla X