08:49
(077) 610-22-33

Litvalı tərcüməçi tələbələrlə görüşdü

  • >
497 7 May 2013 13:14 | Mədəniyyət



Kamal Abdullanın "Yarımçıq əlyazma" romanını Litva dilinə tərcümə edən Lione Lapinskijene ilə Bakı Slavyan Universiteti Yaradıcılıq fakultəsi tələbələrinin görüşü keçirilib.
Bu barədə BSU Yaradıcılıq fakültəsindən məlumat verilib. Xanım Lapinskijene tələbələrə Litvadakı ədəbi proseslərdən söhbət açıb və bildirib ki: "Litvada 1965-ci ildən ənənə halını almış böyük Bahar Poeziya günləri keçirilir. Bu, müstəqillik dövründən sonra daha da genişləndi. Artıq neçə ildir ki, Bahar Poeziya günləri bütün Litvanı əhatə edir. Müxtəlif şəhərlərdən gələn şairlər yaradıcılıqlarını nümayiş etdirirlər".
Qarşılıqlı səmimi söhbət şəraitində keçən görüşdə xanım Lione Lapinskijene Yaradıcılıq fakultəsinin tələbələrinin suallarını cavablandırıb. Tələbələrin suallarına cavab olaraq xanım Lapinskijene bildirdi ki, ümumilikdə Litva dilinə tərcümə edilən Azərbaycan yazarlarını müəyyənləşdirməklə məşğuldur: "Tərcümə üçün maraqlandığım müəlliflər təkcə indiki ədəbi nəsli deyil, eyni zamanda Sovet dövrünün yazarlarını da əhatə edir".

Özünün də yaradıcılıqla məşğul olduğunu, ancaq hələ əsərlərini dərc etdimədiyini bildirən qonaq bunun üçün münasib zaman gözlədiyini bildirdi: "Hər sözün öz zamanı var".

AzNews.az
Bağla X