03:17
(077) 610-22-33

Jurnalistlər mükafatlandırıldılar - SİYAHI

  • >
551 7 May 2013 15:47 | Mədəniyyət

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirilmiş müsabiqəyə yekun vurub. Mayın 7-də "Azərsu" ASC-də müsabiqənin yekunları və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Səhmdar Cəmiyyətin Tədbirlər Planı çərçivəsində təşkil olunmuş müsabiqədə mətbuat nümayəndələrinin yüksək fəallıq nümayiş etdirdiyini bildirib.

"Azərsu" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanda mətbuatın inkişafı, söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tarixi xidmətlərindən danışmış, mətbuatın problemlərinin həlli ilə bağlı gördüyü işlərdən söz açıb: "Mətbuatda senzuranın ləğvi, qəzetlərin əlavə dəyər və mənfəət vergisindən azad edilməsi, onlara güzəştli kreditlərin ayrılması ümummilli liderin adı ilə bağlıdır. Daim jurnalistlərlə ünsiyyətdə olan, mətbuatla işləmək mədəniyyəti nümunəsi göstərən böyük dövlət xadiminin mətbuata belə münasibəti jurnalistlər tərəfindən yüksək dəyərləndirilmiş və ümummilli lider "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür. Dahi şəxsiyyətin müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına yüksək səviyyədə diqqət və qayğı göstərilir".

Münsiflər heyəti adından çıxış edən Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə müsabiqəyə təqdim olunmuş məqalələrin hazırlanmasına jurnalistlər tərəfindən peşəkar yanaşıldığını bildirib. V.Rəhimzadə müsabiqənin keçirilməsinə göstərilən dəstəyə və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlığa görə "Azərsu" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra münsiflər heyətinin qərarı əsasında müsabiqənin nəticələri açıqlanıb, qaliblər pul mükafatı və "Azərsu" ASC-nin diplomları ilə təltif olunub.

Müsabiqənin nəticələri aşağıdaki kimi olub:

I yer Mirbağır Quluyev ("Xalq qəzeti") - 1000 manat
II yer Zülfiyyə Quliyeva ("Mövqe" qəzeti) – 800 manat
III yer Nadir İsmayılov ("Yeni Azərbaycan" qəzeti), Orxan İsrafilov ( "İki sahil" qəzeti) – 600 manat

300 manat məbləğində həvəsləndirici mükafatlar:

Nurəngiz Bağırova - "Respublika" qəzeti
Təbriz Rəhimov - "Həftə içi" qəzeti
Şahyəddin Əliyev - "Üç nöqtə" qəzeti
Nigar Abdullayeva - "Palitra" qəzeti
Alim Hüseynli - "Olaylar" qəzeti
Namiq Hüseynov - "New Baku post" qəzeti
Elçin Bayramlı - "Gündəlik Teleqraf" qəzeti
Dayandur Tağıyev – "Kaspi" qəzeti
Səidə Hüseynova - "Media və təhsil innovasiyaları" jurnalı
Ceyhun Rüstəmov - "Azərtac" Azərbaycan Dövlət Teleqraf Agentliyi

AzNews.az
Top xəbərlər
Bağla X